Bir qədər də həmin gəncin anadan olduğu Hacıtəpə kəndindən millət vəkili olmuş şəxslər barəsində

1973-cü ildən dəfələrlə LeninRayon Partiya Komitəsinin üzvü seçilmişdir. Azərbaycan KP-nın XXXII qurultayının nümayəndəsi olmuşdur. 1995-2000-ci illərdə Bakı Şəhər Xətayi rayon icra hakimiyyəti başçısının 1-ci müavini olmuşdur.
1995-2000-ci illərdə A. Bakıxanov rayonundan, 2000-cı ildən 2005-ci ilə qədər isə 70 saylı Masallı-Yardımlı seçki dairəsindən Milli Məclisə millət vəkili seçilmişdir.
Bakı şəhərində anadan olub. Anası Hacıtpə kəndində anadan olub. Azərbaycan Respublikası Milli Məclisunin üzvüdür.. 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olmuşdur. 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir.

Bəs Amerikada yaşayan, millət vəkili olmaq istəyən Samxal Bağışov kimdir?
Samxal Bağışov 1993-cü il 3 yanvar tarixində Masallı rayonunun Hacıtəpə kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
2010-cu ildə Zeynal Zeynalov adına Hacıtəpə kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılmış və vətənə xidmət etmişdir.
2014-cü ildə Türkiyənin Çukurova Universitetinə Maliyyə ixtisası üzrə qəbul olunmuşdur. Universitet illərində “Öyrənciyə Dəstək” dərnəyini təsis edərək, ehtiyac olan tələbələri təqaüd təmin etməyi nail olmuşdur.
2019-cu ildə universiteti bitirdikdən sonra Azərbaycana geri dönmüş və 2020-ci ildə Milli Məclis seçkilərinə namizəd olmuşdur.
2021-ci ildə İtaliyanın Sapienza Universitetində magistraturaya qəbul olunmuş və 2023-cü ildə Roma şəhərində Biznesin İdarə Edilməsi üzrə magistratura təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
Magistratura dövründə Avropanın 15 ölkəsində və Amerikada müxtəlif layihələrdə iştirak etmişdir. Hazırda ABŞ-da bank sektorunda çalışmaqda davam edir.
Şamxal Baxışovun əsas hədəfləri
və vədləri
Təhsildə Fürsət Bərabərliyi:
Hər bir uşağın keyfiyyətli təhsil almasını təmin etmək üçün məktəblərə və müəllimlərə dəstək.
İqtisadi İnkişaf: Kiçik və orta ölçülü müəssisələri dəstəkləyərək yerli iqtisadiyyatı gücləndirmək.
Səhiyyə Xidmətləri:
Hər kəsin əlçatan, keyfiyyətli və pulsuz səhiyyə xidmətləri almasını təmin etmək.
Ətraf Mühitin Mühafizəsi: Təbiəti qorumaq və davamlı enerji layihələri inkişaf etdirmək.
Gənclərə Dəstək: Gənc sahibkarlara və tələbələrə təqaüd və layihə dəstəyi.
İş Yaratma: Yeni iş imkanları yaratmaq və işsizliklə mübarizə.
Bəs bu vədləri necə reallaşdıracaq. Bu barədə Şamxal Baxışovla yaxın günlərdə sizə tədim edəcəyimiz müsahibədə aydınlıq gətirəcəyik.
Cenub.az. Zahir Əmənov