Müqəddəs Quran bizlərə nümunəvi xanımın 10 xüsusiyyətini tanıtmışdır. Belə ki, buyurulur: “Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək, əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”. (“Əhzab” 35).
Təfsirçilər nəql edirlər ki, o zaman ki, Cəfər ibn Əbu Talibin xanımı olan Əsma binti Əmis Həbəşədən qayıdır. O, Həzrət Peyğəmbərin (s) həyat yoldaşlarını görməyə gəlir. Verdiyi ilk sual bu olur ki, Quranda qadınlar üçün nə isə nazil olmuşdur?
Onlar cavabında dedilər ki, xeyr.
Əsma Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Allahın Rəsulu! Qadın cinsi ziyana uğramışdır”.
Həzrət (s) buyurur: “Niyə?”.
Deyir: “Ona görə ki, İslamda və Quranda kişilər kimi onlar haqqında fəzilət bəyan edilməmişdir”.
Bu zaman həmin ayə nazil olur.
Bu ayədə nümunəvi qadın və kişilərin on sifəti bəyan edilmişdir ki, onlara nəzər salaq:
1. Müsəlman olmaq, yəni İslam dinini qəbul etmək – bir nümunəvi xanımın bariz sifəti olmalıdır.
2. Mömin olmaq, yəni imanı möhkəm olan və qəlbində yəqinliyi olan qadınlar – nümunəvi xanımlardır.
3. Haqqa itaət etmək, yəni Allahın buyurduqlarına sorğu-sual etmədən itaət edən xanımlar – nümunəvi xanımlardır.
4. Doğru danışmaq – yəni nümunəvi qadın doğru danışan olmalıdır.
5. Səbirli olmaq – yəni nümunəvi qadın səbirli olan qadındır, Həzrət Zeynəb (s.ə) kimi.
6. Müti olmaq – yəni Allaha təslim olmaq nümunəvi qadının sifətlərindəndir.
7. İnfaq edənlər, yəni malından yoxsula verən və əl tutan qadınlar – nümunəvi qadınlardır.
8. Oruc tutmaq, yəni Allahın vacibatını yerinə yetirən qadın – nümunəvi qadındır.
9. İffətli olmaq, yəni pakətəkli olmaq – nümunəvi qadının üstün sifətlərindəndir.
10. Allahı çoxlu yada salmaq – yəni Allahı hər an zikr edən qadınlar nümunəvi qadınlardır. (Beytutə)
/Deyerler.org/