Atlantik okeanında 133 gün tək qalan dənizçinin yaşadıqları ...
Çinli dənizçi Poon Lim II Dünya müharibəsi zamanı ingilislərin təchizat gəmisində işləyirdi. Gəmi Atlantik okeanında üzən zaman basqın olub və Limin bütün dostları ölüb. Təsadüf nəticəsində həyatda qalan Poon sal tipli qayıqla canını qurtara bilib.Belə ki, gəmidəki sal tipli xilasetmə qayığı ilə Atlantik okeanının genişliyinə doğru irəliləyən Poon basqınlardan sağ çıxsa da, okeanda ac və tək qalıb. O gəmidən qurtulmadan öncə yanına bir neçə paket peçenye, bir kisə şəkər, bir az şokolad, bir fənər və bir neçə xəbərdarlıq fişəngi alıb.
Yeməkləri tükənəndə həyatda qalmaq üçün öz qanını içməyə qədər gedən Poon 133 gün Atlantik okeanında ölüm-qalım mübarizəsi aparıb.
Bu dövrdə qayığın doşəməsindəki xüsusi material ilə yağış suyu toplayan Poon elektrik kabelindən düzəltdiyi iplə balıqlar da tutub. Balıqları bişirə bilmədiyi üçün günəşdə qurudaraq yeyən Lim Poon, balıq tükənəndə yosunlardan quş evi tikərək, quş ovlamağa başlayıb.
Bu yollarla dənizdə 133 gün qalmağı bacarıb. Yalnız 133-cü günün sonunda bir balıqçı gəmisini görən Lim əlindəki xəbərdarlıq fişəngindən birini istifadə edərək, yerini işarə edib.
Uzun müddət açıq dənizdə qaldıqdan sonra Poon Lim balıqçılar tərəfindən xilas edilib və 4 həftə xəstəxanada müalicə olunub. Bu qədər uzun müddət okeanda qalmasına baxmayaraq, cəmi 15 kilo arıqlayan Lim qısa müddətdə sağlamlığını bərpa edə bilib.
Poon Limin yaşadıqları ABŞ-da o qədər geniş kütləyə yayılıb ki, ABŞ Donanması onun üçün qısa bir sənədli film də çəkib. Lim 1943-cü ildə “İngilis İmperatorluğu” medalı ilə də təltif edilib. Medalı ona Kral VI George şəxsən təqdim edib.
Müharibə bitdikdən sonra Lim ABŞ prezidenti Harry Trumanın imzaladığı müstəsna qanuna görə, ABŞ vətəndaşlığı və daimi yaşayış yeri alıb. Həm müharibə qəhrəmanı, həm də usta dənizçi sayılan Lim, eyni zamanda bir sal ilə dənizdə ən uzun müddət sağ qalan adam olaraq da tarixə adını yazdırıb.
Poon Lim 1991-ci il yanvar ayını 4-də vəfat edib.
Turan Oruc
Musavat.com