Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı


Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. 
Cenub.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. 
Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı "Operativ Kiyev" mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan "Toyota Land Cruiser"in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb. 
Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.
Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını "harın padşahlar" adlandırıb. / Demokrat.az
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10