2008-ci ildə çəkilən və ölkəmizdə də çox böyük sevgi ilə izlənilən “Həzrəti Yusif” serialında Həzrəti Yusif obrazına həyat vermiş aktyor Musatafa Zamani haqqında bilinməyən məlumatları təqdim edirik.
***
Həzrəti Yusif obrazını canlandıran İranın tanınmış aktyoru Mustafa Zamani 1982-ci ildə Mazandaranda dünyaya gəlib.
***
Həzrəti Yusif obrazını canlandıran İranın tanınmış aktyoru Mustafa Zamani 1982-ci ildə Mazandaranda dünyaya gəlib.
Əsl peşəsi industrial idarəçilik olan Musatafa Zamani universiteti əla qiymətlərlə başa vurduqdan sonra televiziya filmlərində epizodik rollarda çəkilməyə başlayıb. İştirak etdiyi ən böyük layihə “Həzrəti Yusif” serialı olub. Zamani bu serial sayəsində ciddi tamaşaçı kütləsi toplayıb.
Universiteti bitirdikdən sonra 26 yaşına kimi mühasib işləyib
***
Uzun saqqalı, qara qaşı, qara gözü ilə tanınan aktyor əslində çəkilişlər zamanı linzadan istifadə edib. Əsil həyatda isə gözləri mavi rəngdədir. Hələ kiçik yaşlarında hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərmiş.
***
26 yaşına kimi həyatında iki qadın olub.
3 min insanın içindən Həzrəti Yusif roluna seçilib.
***
Serial üçün bağlanılan müqavilədə bir anlaşma var idi: daima üzü təmiz və qüsursuz görünməlidir. Buna görə Yusif rolu üçün gündə aktyoru 3 saat makiyaj ediblər.
İnsanlar onu real həyatda görəndə Həzrəti Yusif rolunu oynayan aktyor olduğuna inanmırdılar.
***
At minmək ən böyük hobbisidir.
İlk dəfə ekrana 2005-ci ildə çıxıb.
***
4 qardaşı var. Ən sevdiyi aktyor Hədiyə Tehranidir
Müsahibələrində Mustafa Zamani özünü obrazını canlandırdığı Həzrəti Yusifə bənzətdiyini deyib:
“Eynən Yusif kimi həyatın dibindən zirvəyə qalxdım. Onun kimi hökmdar ola bilmədim, amma obrazını canlandıraraq həm dərs aldım, həm də məşhur aktyor oldum”.