Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mənzil almaq istəyənlərin işi asanlaşdı


Bir çox mənzil sahibinin başına gələn problemlərdən biri evi aldıqdan sonra onun sənədlərinin düzgün olmaması vəya ümumiyyətlə həmin evə çıxarışın verilməməsidir.


Yaxud bir çoxları mənzil alarkən həmin evin qiymətinin bazar qiymətlərindən baha vəya ucuz olması halları ilə qarşılaşırlar. Artıq bu problemlər baş verməyəcək. Belə ki, daşınmaz əmlakın dövlət reyestri xidməti yeni elektron xidmətlər istifadəyə verib. Bu da insanların bu sahədəki işlərini xeyli asanlaşdıracaq.

İndiyə kimi yeni tikililərdən alınan mənzillərdə ya evin sənədlərində problemlər yaranır vəya ümumiyyətlə mənzilə çıxarışların verilməməsi halları başa verirdisə, artıq bu kimi hallardan insanlar siğortalana biləcəklər. Beləki, bu sahədəki problemlərə daşınmaz əmlakın dövlət reyesteri xidmətinin yeni istifadəyə verdiyi xidmətlə son qoyulacaq.

Vətəndaşlar əvvəlcədən yeni tikililərdən aldıqları mənzillərin sənədlərinin olub -olmadığını vəya aldıqları evlərə çıxarışın verilib-verilməyəcəyni elektron qaydada öyrənə biləcəklər. Xidmət vasitəsi ilə vətəndaş mənzil almadan öncə həmin ev haqqında məlumatları əldə edəcək. Bu həm tikilməkdə olan, həmdə hazır mənzilləri əhatə edir.

Xidmət rəisinin sözlərinə görə bu prosesin gələcəkdə torpaq sahalərinə yönəldilməyi də planlaşdırılır.

Həmçinin artıq vətəndaşlar mənzil alarkən və ya satarkən həmin evin qiymətinin mənzil bazarına uyğun olub-olmadığını da əvvəlcədən öyrənə biləcək. Xidmət rəisi bildirib ki, bu layihələrin həyta keçirilməsi mənzil bazarında aktivliyin artmasına gətirib çıxaracaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10