Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədovla vaxtaşırı görüşmələrini davam etdirir. Heydər Əsədov həbsə düşməmək üçün yollar axtarır. Əldə etdiyi milyonları gizlədə bilməyən Əsədovun əli ətəyində qalıb.
Əhməd Əhmədzadənin dediyi kimi Heydər Əsədovun səksəkəli günləri hələ bitməyib. Büdcə vəsaitlərini talayan, xalqdan pul oğurlayan bu məmurun həbsi də an məsələsidir. Onun qanunsuz əməlləri, korrupsiya cinayətləri ilə bağlı iddialar səngimək bilmir. Eks-baş prokuror Zakir Qaralov, Heydər Əsədovun sələfi İsmət Abbasov, “Azərenerji”nin sabiq rəhbəri Etibar Piriverdiyev, eks-spiker Oqtay Əsədov, sabiq rabitə naziri Əli Abbasov, Eldar Mahmudov istintaqda cavab verməyə hazırlaşırlar.
Hələ bu yaxınlarda musavat.com-un araşdırmasında bildirilirdi ki, Heydər Əsədovun təşvişə düşməsi əbəs deyil. Nazir olduğu dönəmlə bağlı ən aşağı səviyyəli araşdırma belə onun cinayətlərini ortaya çıxara bilər. Dövlət Dənizçilik Akademiyasına rektoru elə bilirmiş ki, xalqdan oğurladıqları yüz milyonların hesabını daha ondan soran olmayacaq, 5 illik talan dövrünü araşdırmayacaqlar.
Qeyd edək ki, Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu. Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.
Həmin dövrlərdə Heydər Əsədovun oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Belə aydın olurdu ki, nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahibdir, özünü ərəb şeyxləri kimi aparır. Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.
Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı olan, Milli Məclisə hesabat verən qurumun rəhbəri oğlunun Türkiyəyə çıxardığı yarım milyon dollardan artıq vəsaitin hesabatını verməmişdi. Büdcə-maliyyə oğurluqlarını, yeyintilərini aşkara çıxarmalı olan şəxs öz oğurladıqlarını xaricə daşıyırdı.
Büdcə vəsaiti hesabına Bakıda, milyonçular məhləsində imarəti, Türkiyə oteli, İngiltərədə mülkləri olan Heydər Əsədov koronavirusun tüğyan etdiyi bir vaxtda xəsisliyi ilə gündəmə gəldi. Məlum oldu ki, Heydər Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vur-tut 5 min manat pul köçürüb! Onun oğlu isə bu işdən ötrü min manatından keçib. Oğurlayanda milyonlarla, xalqa çatanda qəpik-quruşla ortaya çıxmaq təkcə Heydər Əsədova xas əməl deyil. Onun kimi korrupsiyaya bulaşmış məmurların əksəriyyəti ictimaiyyətin diqqət mərkəzinə düşən aksiyalarda özlərinin kasıb, imkansız biri olmasını gözə soxmağa, kül üfürməyə çalışırlar. Bu zaman xalqdan oğurladıqlarının miqyasının böyüklüyü onları ələ verir.
Natiq Səlim,
KONKRET.az

Belə aydın olurdu ki, Asif Əsədzadə Az 90 HO 505 nömrə nişanlı, bahalı “Porşe”sini təyyarəyə qoyub və İngiltərəyə aparıb. Bu, o vaxt idi ki, fermerlər hər manata görə sahələrdə can qoyur, min bir əziyyətə qurşanırdılar. Üstəlik, bu xəbərlə əlaqəli videomaterial da yayılmışdı. Həmin video artıq saytlarda yoxdur. Bu, o deməkdir ki, Heydər Əsədov oğlunun ərəb şeyxlərinə xas lovğalıq videosunu saytlardan çıxartdırıb. Milyardlıq korrupsiya gəlirlərindən bu məqsədə çatmaq üçün nə qədər ödədiyi də bəlli deyil. Heydər Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. O, hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən Beşiktaş, Seba Kompleksi Selenium-Twins B BL.D.244 ünvanında mülk alıb.Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva VAGU (VAGU – VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketini 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılır. Lirənin o zamankı kursu ilə 650 min dollar!
Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı olan, Milli Məclisə hesabat verən qurumun rəhbəri oğlunun Türkiyəyə çıxardığı yarım milyon dollardan artıq vəsaitin hesabatını verməmişdi. Büdcə-maliyyə oğurluqlarını, yeyintilərini aşkara çıxarmalı olan şəxs öz oğurladıqlarını xaricə daşıyırdı.
Büdcə vəsaiti hesabına Bakıda, milyonçular məhləsində imarəti, Türkiyə oteli, İngiltərədə mülkləri olan Heydər Əsədov koronavirusun tüğyan etdiyi bir vaxtda xəsisliyi ilə gündəmə gəldi. Məlum oldu ki, Heydər Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vur-tut 5 min manat pul köçürüb! Onun oğlu isə bu işdən ötrü min manatından keçib. Oğurlayanda milyonlarla, xalqa çatanda qəpik-quruşla ortaya çıxmaq təkcə Heydər Əsədova xas əməl deyil. Onun kimi korrupsiyaya bulaşmış məmurların əksəriyyəti ictimaiyyətin diqqət mərkəzinə düşən aksiyalarda özlərinin kasıb, imkansız biri olmasını gözə soxmağa, kül üfürməyə çalışırlar. Bu zaman xalqdan oğurladıqlarının miqyasının böyüklüyü onları ələ verir.
Məsələn, Heydər Əsədov kənd təsərrüfatı naziri postuna təyinat alandan sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. “Aqrolizinq”in sədri Əli Bayramov öz ərizəsi ilə işdən getdi. Ardından ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi.Heydər Əsədov “Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaratdığı görüntüsü yaratdı. Az keçmədi ki, ASC-də yeyintilərin sərhədləri əvvəlki dövrə nisbətən daha da genişləndi. Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, “Aqrolizinq”də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.
Bundan əlavə, ötən il mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın Heydər Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib. Bundan başqa tenderlərin rəsmi reyestrindən aydın olur ki, “Aqrolizinq”in “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. Sorağı İngiltərədən gələn “Networks Europe L.P.” şirkətinin oradakı nazir övladları ilə əlaqələrinin olması da istisna deyil.Texnikalara, gübrələrə, cins heyvanların alınmasına xərclənən milyonlardan öz faizini tutan sabiq nazir, hazırkı rektor necə cavab verəcək, bu, bəlli deyil. Məlum olan odur ki, Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda iddiaların sübut olunmasının vaxtı çatıb.
Natiq Səlim,
KONKRET.az