“17-ci ilə keçib ki, ilanlarla məşğulam. Hal-hazırda sərbəst mütəxəssis kimi fəaliyyət göstərirəm, öz tədqiqat işlərimi aparıram, həm ilanların tutulub təmizlənməsini həyata keçirirəm, həm də ictimaiyyət arasında təbliğat aparıram ki, ilanları öldürməsinlər. İlanlar da insan kimidir, onlara toxunmasan sənə zərər yetirməzlər. Bizdə qəribə bir tendensiya baş alıb gedir, ilan görən kimi öldürürlər. 15 ildən çoxdur ki, evdə ilan saxlayıram, bu sahəyə gələndən, ilanlara marağım olduğundan ilanın müxtəlif növləri hər zaman evdə olub. Evdə ilan saxlamağımın səbəbi bu sahədə daha yaxşı təcrünbə aparmaq idi. Düzdür, indi yaşadığım evdə bir neçə ilan saxlayıram, bundan əlavə ilanlar üçün bir ev də tutmuşam”
Bunu Moderator.az-a açıqlamasında uzun illərdir ilanlarla sözün əsl mənasında dostluq edən Anar Cəfərov deyib.
İlan dünyada ən qorxunc canlılardan biri sayılır. Elə bir insan yoxdur ki, bu canlını görəndə qorxub çəkinməsin. Serpentalogiya ilə məşğul olan Anar deyir ki, bəzi hallarda ilanlar onu sancıb da.
“Bu günə qədər 15-16 növ olmaqla evdə 30-a yaxın ilan saxlamışam. Daha sonra bu ilanların sayını azaltdım, çünki işimlə bağlı layihələrdə iştirak edirdim, onlara vaxt ayırmağa zamanım olmurdu. Heyvan da uşaq kimidir, onu daim yemləmək, altını təmizləmək lazımdır. O ki, qaldı saxladığım ilanların məni sancmasına. Heç də bütün ilan növləri aqressiv deyil, çalışırdım ki, evdə saxladığım ilanlarla mümkün qədər incə rəftar edim, incə rəftar etdikcə onlar qorxu hiss etmir. Qorxu hiss etməyəndə aqressiv olmur. Təbii ki, bəzən olur. Qabı təmizləyib yuyanda daha aqressiz olur qızıl ilan, bu zaman səni dişləyə bilər. Hələ ki, zəhərsiz ilanlar məni dişləyib, o şansı verməmişəm ki, məni zəhərli ilan da dişləsin (gülür)”.
Anar Cəfərov deyir ki, ilan saxlaması qonşuların da diqqətini çəkib.
“Qonşular biləndəki mən hansı sahə ilə məşğul oluram, maraq göstərən çox olur, gəlib baxırlar, bəzilərini, zəhərsiz növlərini ələ də götürürlər. Qonşular tərəfindən hələ ki, narazılıq olmayıb. İlan sərbəst heyvandır, nə qədər dar qab olsa da ilan azadlığa can atır, ola bilər ki, qaçsın, kimisə qorxutsun. Ona görə də indi bir az yerlərini dəyişdirmişəm. Bəzi növlərini köçürdük ofisə, çünki artıq evdə çox baxa bilmirik. Heyvan çox olanda əziyyət də çox olur” deyə serpantoloq bildirib.