Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fırıldaqçılıqla pul qazanıb, həbs edilənlərin cəzaları yüngülləşə bilər


Parlamentə bir sıra iqtisadi cinayətlərə görə məsuliyyətdən azad edən düzəlişlər təklif edilib


Fırıldaqçılıqla pul qazanıb, həbs edilənlərin cəzaları yüngülləşə bilər


Dövlət başçısı parlamentə qanunvericilik təşəbbüsü qaydasında CM-ə düzəlişlər layihəsi göndərib. Layihədə vurulmuş ziyan ödənildiyi təqdirdə bir sıra iqtisadi cinayətlərə görə cinayət məsuliyyətindən azad edən düzəlişlər nəzərdə tutulur. Xüsusən, söhbət əmlaka qarşı və iqtisadi fəaliyyə sahəsində cinayətlərdən gedir.

Təklif olunan yeniliklərə əsasən, 178.1 (fırıldaqçılıq, yəni aldatma və ya etibardan sui-istifadə yolu ilə başqasının əmlakına sahib olma), 179.1 (mənimsəmə və ya israf), 186.1 (başqasının əmlakının qəsdən məhv edilməsi və ya ziyan vurulması), 187 (ehtiyatsızlıqdan əmlakın məhv edilməsi və ya ziyan vurulması), 189-1.1-ci (təbii qaz, elektrik enerjisi və ya istilik şəbəkələrinə qanunsuz qoşulma yolu ilə enerji resurslarının oğurlanması) maddələrlə

təqsirləndirilən şəxslər zərərçəkmişlə razılıq əldə etsələr və vurulmuş ziyanı ödəsələr, cinayət məsuliyyətindən azad ediləcəklər.

CM-in hazırki redaksiyasında qeyd edilən cinayətlər cərimə və ya iki ilə qədər islah işləri ilə cəzalandırılır.

Yuxarıda qeyd edilən əməllər nəticəsində böyük ziyan vurulsa belə, vurulan ziyanı ödəyən və dövlət büdcəsinə bu məbləği ödəyən şəxs cinayət məsuliyyətindən azad edilir.

Hazırda bu əməllərə görə pul cəriməsi və ya 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Mütəşəkkil qrup tərkibində eyni əməllərə görə cinayət məsuliyyətindən azad olmaq üçün dövlət büdcəsinə bu ziyanın iki qatını ödəmək, habelə zərərçəkmişə dəyən ziyanı ödəmək lazım gələcək.

Düzəlişlərə əsasən, CM-in 209 (Gömrük haqlarının ödənişindən yayınma) və 213-cü (Vergi ödənişindən yayınma) maddələri ilə ittiham olunanlar da ziyanı ödədikdən sonra cinayət məsuliyyətindən azad ediləcək. Hazırda bu əməllər cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qanun layihəsi sentyabrın 29-da parlamentin müzakirəsinə çıxarılacaq. -06D-





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10