Yaxın bir neçə gün ərzində meşələrimizin talanı, “Ozon” klinikasının başı üztündə dolaşan “qara buludlar” eləcə də Cəlilabad rayonunda atanın öz övladının bədən üzvlərini satıb, sonra öldürməsi barədə ilginc iddialarla bağlı süjetləri izləyə biləcəksiniz
Meşələr necə talan olunur
Cəlilabad sakini Mirxas Sadlqov bildirir ki, meşələrdə talan gedir. 150 hektarlıq qoz meşəsindən əsər-əlamət qalmayıb. Meşə talançılarını müdafiə edən rəhbərlər, nazirlik işçiləri adbaad sadalanır. Talançılara isə “dur” deyən yoxdur.
Daha ətraflı bu verilişdə dinləyin
“OZON” üzərində qara buludlar. Dayı bacıoğlunu nələrdə günahlandırır?
Qocaman həkim Seyfəddin Məmmədov onu məhkəməyə vermiş bacısı oğlu Ruslanı və bu işdə qanunsuzluğa yol verən müstəntiqi debata çağırır. S. Məmmədov iddia edir ki, bütün bu oyunların təşkilində məqsəd Masallıdakı “Ozon” klinikasını ələ keçirtməkdir