Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib
Facebook
Вконтакте
OK.ru
Google+
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.“Report”un Muğan bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.
Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.
Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.