Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bütün meyitlər yarılmasa, ölənlərin sayı artacaq" - Həkimdən şok


"Azərbaycanda bütün ölüm halları dəqiq araşdırılmalıdır-autopsiya edilməlidir! Bir millət olaraq cahillikdən çıxmalıyıq. Hamı deyir, mənim ölüm yarılmasın.
Bu çox absurd və cahil yanaşmadır. Bizim ölümüz yarılmasa, ölümün səbəbi araşdırılmasa, digər ölənlərin sayı artacaq».
Medicina.az -ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib.

A.Əliyev bildirib ki, digərlərinin həyatını xilas etmək, ölüm hallarının səbəbinin dəqiq araşdırılması üçün bütün meyitlər yarılmalıdır:
“Ruh bədəni tərk etdikdən sonra o bədən, sadəcə, əşyadır. Bunu anlamaq lazımdır. Özümün və yaxınlarımın meyitinin yarılmasına və elmin inkişafı üçün sərf edilməsinə, digərlərinin həyatının xilas edilməsi üçün istifadə edilməsinə iki əlli və tam məsuliyyəti ilə razıyam və bunu vəsiyyət edirəm. Bu, Allah və insanlıq qarşısında böyük savabdır”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10