Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni ildə əfv sərəncamı gözlənilir


Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər.



Bu barədə modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır:

"Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir:

"İclaslarının çağırılması Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səlahiyyətindədir. Əfvin vaxtı isə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Güman edirəm ki, Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi

Günü ərəfəsində əfv sərəncamının imzalanmasını gözləmək olar. Çünki bir qayda olaraq hər il bu ərəfədə cənab prezident əfv sərəncamı imzalayır. Təbii ki, indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”
.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10