Qalibi “mükafat” gözləyir
Bəlli olduğu kimi, Masallıda soyqırım günündə azyaşlı qıza toy etmə məsələsi böyük rezonansa səbəb olub. Cenub.az saytının operativ qaydada paylaşdığı bu xəbər dərhal öz nəticəsini göstərib, İHB-dən verilən məlumata görə, həmin
ərazının nümayəndəsinə töhmət verilmiş, valideynlərindən izahat alınmışdır. Ən maraqlısı isə, dünən, aprelin 1-də Masallı İcra hakimiyyətinin Başçısı Şahin Məmmədovun 400 nəfərlə keçirtdiyi zoom görüşünü rayon rəhbəri bu xəbərlə başlamışdır.
Hörmətli Şahin müəllim, tədbir iştirakçılarına bildirib ki, dünən rayonda azyaşlı qızla bağlı xoşagəlməz hadisə olub. Biz xəbər tutmasaq da, rayonumuzdakı “vətənpərvər bir jurnalist” bundan məlumatlı olub və xəbəri paylaşıb. Bundan sonra ərazi nümayəndəsi toy yerinə qaçaraq “Başçı bura gəlir” deyə hay salıb, qazan bir tərəfə, xonça o tərəfə atılmaqla, toy dağılıb və icra hakimiyyəti bununla bağlı təcili tədbir görüb.
Bu olayla bağlı xeyli “pərdəarxası” işlər görülsə də, ortada “xain əli” olsa da onları hələlik tərpətməyib, bu işlə dərindən maraqlanan şəxslərin “həmin vətənpərvər jurnalist kimidir?” sualına cavab axtarmağa çalışırıq. Bu “vətənpərvər” necə “qorxulu” adamdır ki, hətta yaxşı işi olanda da, rəhbər onun adın çəkməyə narahatçılıq keçirir.
Biz də ona görə izləyicilərə müraciət edirik ki, bəlkə onlar fəhmlə bilə ki, həmin “ vətənmpərpərvər jurnalist” kim imiş, yaxud kim ola bilər?
Xahiş edirik, bilənlər bura yazsın, yaxud bilənlər bilməyənlərə desin.
Həmin “vətənpərvər jurnalist”in adın tapana “mükafat” veriləcək.
Cenub.az. Zahir Əmənov