Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hansı dövlət qurumları sosial mediada aktivdir? - SİYAHI


"Son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib. Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar  təşkil olunur".
Cenub.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş hiss olunur:
"Yəni, bir çox dövlət  qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər,  həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər.
Müşahidələrim və qısa araşdırma əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarını təqdim edirəm:
1. “Azəriqaz” İstehsalat Birliyi (Qurumun rəhbəri Ruslan müəllim son bir ayda demək olar ki, Facebook-da yatıb-durur)
2. Baş Prokurorluq (Nəinki Baş Prokurorluq, hətta bir sıra rayon prokurorluqları da son zamanlar  sosial mediada aktvdir)
3. Təhsil Nazirliyi
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Dövlət Miqrasiya Xidməti".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10