Lerikdən pərvazlanıb, Sumqayıtda zirvələnib, öz toyunda oxuyan müğənni Firudin Lerik rayonun Sorus kəndində boya-başa çatıb. Musiqi təhsili olmasa da, İncəsənət mərkəzində dərs deyir. Məktəb illərində Bəxtiyar Vahabzadə Lerikə gələndə onun sözlərinə bəstələnmiş mahnıya görə Firudini “Lerikin Qədir Rüstəmovu” adlandırıb. Əsasən “Muğam beşiyi” adlandırılan Qarabağ toylarında oxuyub. “Heyratı”nı elə zildən oxuyub ki, tarın pərdələri azlıq edib. Firudin bəyin həyatından digər maraqlı məqamlarla bu linkdə tanış ola bilərsiniz: