Son günlərdə erməni təbliğatı bütün dünyaya, Azərbaycanın Cəbrayıl bölgəsində 2017-ci ildə erməni işğalçıları tərəfindən qanunsuz olaraq tikilən hərbi kilsə-ibadətgahın sökülməsi barədə car çəkməkdə davam edir. Ermənistan bu obyekti tikməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək fikrində olmadığını və Azərbaycanın işğal olunmuş bölgələrini tərk etmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirdi.
Hələ o zaman Azərbaycan Xarici İşlər Nazirliyi ibadətgahın tikilməsinə etiraz etdi. İşğal olunmuş ərazilər azad edildikdən sonra bu qanunsuz tikilmiş obyektin söküləcəyi gözlənilirdi. Ancaq “yoxa çıxan erməni kilsəsi” haqqında gözyaşardıcı bir reportaj hazırlayan BBC müxbiri sayəsində, erməni təbliğatı bir daha bütün dünyaya Azərbaycanın “xristian irsini məhv etdiyini” bağırmaq fürsəti tapdı.
Ağdam şəhərinin işğalından bir gün sonra, 24 iyul 1993-cü ildə “Dağlıq Qarabağ Respublikası”nın “Prezidenti” Robert Köçəryan və “Müdafiə Ordusu”nun “komandanı” Samvel Babayan dağıdılan yaşayış məntəqəsini ziyarət etdilər. Azərbaycan xalqının bu iki cəlladını əks etdirən fotoşəkil Ağdamda sağ qalan yeganə binanın - Cümə məscidinin girişində çəkilmişdi.
İşğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan hərbçiləri erməni vandalizminin dəhşətli bir mənzərəsi ilə qarşılaşdılar - məscidlər donuz saxlanılan tövlələrə çevrilmişdi. İllər keçdikcə bu cür fotoşəkilləri sosial şəbəkələrdə görən, xüsusən də əslən Qarabağdan olan bir Azərbaycan əsgəri heç də həmişə özünə hakim ola bilmir.
Azərbaycan hakimiyyəti dini və mədəni obyektlərə hörmətsizlik faktlarını hər cür şəkildə yatırır - bir neçə cinayət işi başlanıb. Ancaq ermənilər unutmamalıdırlar ki, İslamda məscidlə yanaşı kilsə və sinaqoq da Allahın evi sayılır və onun təhqir edilməsi haramdır. Bizim üçün Allah evinin təhqir olunması, icraçının milli və dini mənsubiyyətindən asılı olmayaraq bir cinayətdir. Və bu fotoşəkil hər şeyin necə başladığını göstərir...
ayna.az

Eyni zamanda, əvvəllər və indi dünya mediası erməni işğalçılarının məscidlər, türbələr və qəbiristanlıqlarla necə davrandıqlarını göstərməyə tələsmir. Bu baxımdan, erməni təbliğatına Azərbaycan ərazilərinin işğalı tarixindən bir həqiqəti xatırlatmaq istərdim.