O, ailənin yeganə oğlu idi
Bu gün, mart ayının 30-da Masallı rayonunun Ərkivan qəsəbəsində daha bir hərbiçi dəfn edilib. 2 sentyabr 2001-ci ildə qəsəbənin Ramazanlı məhəlləsində anadan olmuş Zöhrabov İlkin Ramin oğlundan bir neçə ay imiş ki, xəbər yox imiş. Səbəb kimi onun qulluq etdiyi ərazidə rabitənin mümkünsüz olduğu göstərilirmiş. İlkin Zöhrabovun ölümü ilə bağlı isə bir həftədən artıq idi ki, xəbərlər dolaşırdı. Kimi həmin əsgərin uçquna düşdüyünü, kimi digər səbəbdən öldüyünü bildirirdi. Rəsmi məlumatda isə onun Novruz bayramı günü, 21 mart 2021 cildə intihar etdiyi qeyd olunur. İlkin Zöhrabov hərbi xidməti bu ilin aprel ayında başa çatacaqdı.
Olay Kəlbəcərdəki hərbi hissələrin birində baş verib. Yollar şaxtalı olduğu üçün cənazəni çıxartmaq bir neçə gün mümkünsüz olub. Hazırda olayın səbəbi araşdırılır.
İlkin Zöhrabov bu gün Ərkivan qəsəbəsində, digər 4 şəhidimizin də dəfn edildiyi Abbaslı-İsoba-Göllü qəbristanlığında dəfn edilib. O, 2-ci Qarabağ savaşında igidliklə döyüşən əsgərlərimizdən olub və yaxşı döyüşçü olduğu üçün “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Cenub.az