Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda kişi ailəsinin yanında güllələndi - VİDEO


Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
 
Cəlilabadda kəndlisini güllələyən kişinin görüntüləri yayılıb. Cenub.az “Baku” TV-yə istinadən xəbər verir ki, martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğlu həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlu tərəfindən odlu silahla güllələnib.
 
Aparılmış araşdırmalarla məlum olub ki, R.Məmmədov S.Əmirovu qəsdən öldürməyə cəhd edib.
 
R.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10