Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı və Kiyevə qarşı eyni riyakarlıq – Bu da Avropa!



Bu yöndə Azərbaycanla Ukraynanın birlikdə hərəkət etməsi çox vacibdir
 
Hər şey nə qədər tanışdır. Uzun müddətdir ki, Azərbaycanla Ukraynanın, incə desək, tənqidçilərlə düşmənlərinin bir çox ümumi cəhətləri olduğunu müşahidə edirəm. İndi isə təkcə erməni soyadlarının daşıyıcılarının yerləşdiyi Rusiya mediasından danışmıram. Çox təəccüblüdür, ancaq ölkələrimizə münasibətdə özlərinə açıq şəkildə qərəzli, düşmənçilik mövqeyi nümayiş etdirənlər arasında Avropa Parlamentinin də olduğu ortaya çıxdı.
 
Bəli, söhbət 2014-cü ildə Ukrayna ilə Assosiasiya Sazişini imzaladığı eyni Avropa Birliyinin (AB) qanunverici və nümayəndəli orqanından gedir. Bu imzalanmadan əvvəl, o vaxtkı Prezident Viktor Yanukoviç Avropaya inteqrasiya prosesinin dayandırıldığını elan etmiş və nətciədə Maydanda xalq iğtişaşları başlamışdı. Hakimiyyət dəyişikliyi və Rusiya ilə qarşıdurma nəticəsində rəsmi Kiyev yenidən Avropa Birliyi ilə aktiv şəkildə yaxınlaşmağa başladı. Bir neçə ildir ki, Ukrayna ilə AB arasında vizasız rejim tətbiq olunur.
 
Düzdür, Ukraynanın AB-yə tam hüquqlu üzvlüyü hələ çox uzaqdadır. “Litvanın 2027-ci ildə keçiriləcək AB Şurasına ikinci sədrliyi dövründə Avropa Birliyi artıq Ukraynanı AB üzvlüyünə namizəd elan edə bilər”, - deyə Litvanın Ukraynadakı səfiri Valdemaras Sarapinas bildirib. Qeyd etmək istərdim ki, AB Ukraynanın ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir.
 
Beləliklə, mart ayının ikinci ongünlüyündə AB Şurası, 2014-cü ildə “Ukraynanın ərazi bütövlüyünə xələl gətirmək” səbəbindən 177 Rusiya və Ukrayna vətəndaşına, habelə 48 hüquqi şəxsinə qarşı tətbiq olunan sanksiyaların müddətini altı ay uzadıb. Cəza tədbirləri 15 sentyabr tarixinədək qüvvədə olacaq. Bütün bunların fonunda daha təəccüblü olan Avropa Parlamentinin mövqeyidir. Onlar açıq şəkildə Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edirlər.
 
Ukrayna Prezidenti Vladimir Zelenskinin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə yüzə yaxın rus şirkəti və şəxsinə qarşı sanksiylarla yanaşı, işğal altındakı Krıma səyahət edən bir neçə fransıza - avropalıya qarşı sanksiyalar tətbiq etməsi əbəs yerə deyildi. Sənəddə sanksiyaların tətbiq edilməsinin səbəbi göstərilmir, lakin çox güman ki, bu, həmin şəxslərin 2020-ci ilin yayında Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərlə bağlı səsverməni izləmək üçün işğal olunmuş Krıma səfərdir.
 
Nümayəndə heyətinə Avropa Parlamentinin üzvü, Xarici İşlər Komitəsinin üzvü, Fransa-Rusiya Dialoq Dərnəyinin prezidenti Tyeri Mariani rəhbərlik etmişdi. Bəli, Avropa Parlamenti daha sonra fransız millət vəkillərinin rəsmi nümayəndə heyəti olmadığını qeyd edərək, mövzudan uzaqlaşmağa çalışdı. Ancaq ziyarət Krımdakı işğal rejimi nümayəndələrinin böyük sevincinə səbəb oldu.
 
Üstəlik, Ukraynanın Krım səfərinə görə sanksiya tətbiq etdiyi fransız deputatlar sanksiyanı qanunsuz hesab edir və bu cür hərəkətlərdən Avropa Parlamentinin Prezidentinə şikayət edəcəklər. Bu ifadəni üç millət vəkili adından “Kimlik və Demokratiya” fraksiyasının vebsaytında Vircinya Joron yayımladı. Joron və həmkarları - Fililip Olivye və Jan-Len Lakapel bu sanksiyaların “səlahiyyətləri daxilində fəaliyyət göstərən millət vəkillərinə təzyiq” kimi göründüyünü düşünürlər.
 
“Parlamentarilərin rastlaşdıqları vəziyyət haqqında öz fikirlərini sərbəst şəkildə formalaşdırmaq hüququ istənilən demokratik parlamentin əsas prinsipidir. Buraya millət vəkilləri üçün hərəkət azadlığı və hər hansı bir məcburiyyətdən imtina daxildir”, - deyə onlar yazırlar.
 
Parlamentarilər əlavə edirlər ki, 2015-ci ildən bəri sanksiyalar altında olan Tyeri Mariani ilə birlikdə Avropa Parlamenti sədrinin diqqətini bu “səlahiyyətlərini həyata keçirmələri üçün zəruri olan əsas prinsipə - suqiqəsd cəhdinə” yönəldəcəklər.
 
Hər şey nə qədər tanışdır, elə deyilmi? Azərbaycan Avropa Parlamentinin bir çox deputatlarının açıq şəkildə ermənipərəst mövqeyini, ölkəmizin əvvəllər işğal olunmuş ərazilərinə çoxsaylı səfərlərini yaxşı xatırlayır. Avropa Parlamentində qondarma “DQR” ilə ayrıca bir dostluq qrupu var idi. Bu, AB-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə elan etməsinə baxmayaraq və AB liderləri yüksək tribunadan Azərbaycanın neft və qaz tədarükünün şaxələndirilməsi məsələsindəki həyati rolu barədə danışmağı çox sevmələri fonunda baş tuturdu.
 
Eyni zamanda, AB torpaqlarımızın beşdə birinin Ermənistan tərəfindən işğal edildiyi bütün illər ərzində rəsmi İrəvana qarşı sanksiyalar qəbul etməyib. Və Avropa Parlamentinin müəyyən anti-Azərbaycan, ermənipərəst qətnamələr qəbul etmək ənənəsinə sadiq olduğu ortaya çıxdı. Bu yaxınlarda Ortaq Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) haqqında bir qətnamə hesabatı qəbul edildi, hansında ki, Avropa Parlamenti “Suriyalı muzdluların Türkiyənin Dağlıq Qarabağdakı müharibədə iştirakını təsdiqlədi və qınadı”.
 
Yanlış qətnamə? Əlbəttə. Bu, işğalçı Ermənistanın və Qarabağ separatçılarının qalığının “əlinə oynamırmı?” Əlbəttə. Avropalı parlamentarilərin satqınlığından şübhələnməsinə səbəb varmı? Təbii ki! Ancaq daha da əhəmiyyətlisi, Avropa Parlamenti üzvlərinin bu cür hiyləgərliklərinə baxmayaraq, Azərbaycan və Ukraynanın milli maraqlarını, ərazi bütövlüyünü qorumağa davam etmələri lazımdır. Və bu yöndə ölkələrimizin birlikdə hərəkət etməsi çox vacibdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10