Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR



Bu gün Şimali İraq Kürd Muxtariyyətində müstəqil Kürdüstan qurulması barədə tarixi referendum keçirilir.


Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzaninin təşəbbüsü və rəhbərliyi ilə keçirilən müstəqillik referendumuna ABŞ, İran, Türkiyə kimi böyük dövlətlər qarşı olduqları barədə bəyanatlar veriblər.

Referendum öncəsində Türkiyə ordusu Şimali İraqla sərhəddə yığılıb, hər an İraq ərazisində əməliyyat keçirməyə hazır vəziyyətə gətirilib.

Türkiyə bu gün saat 8-dən etibarən başlayan referendumun nəticələrini tanımayacağını bəyan edib.

“Reuters” agentliyi yazır ki, Bərzani bütün dünyanın etirazına rəğmən Kürdüstanın müstəqilliyi barədə referendum keçirmək qərarını dəyişmədi.

İraqın mərkəzi höküməti də Bərzaninin referendumuna qarşı olduğunu bəyan edib.

Ərbildə keçirilən brifinqdə Yüksək Seçki Komissiyasının nümayəndəsi bildirib ki, referendumda 3 milyondan artıq insanın səsvermə hüququ var. Seçkini 6 min 846 seçki məntəqəsi və 1737 komissiya həyata keçirəcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10