İranda ötən sutka ərzində daha 9 310 nəfər koronavirusa (COVID 19) yoluxub.
Cenub.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Lari xatırladıb ki, öncəki sutka ərzində 8 751 nəfər koronavirusa yoluxmuşdu. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 864 984 nəfərə çatıb. Virus daşıyıcılarından 3 940 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində həm də 81 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 62 478 nəfərə yüksəlib.
Ölkədə indiyədək 1 600 488 nəfər koronavirusdan sağalıb.
Koronavirusa yoluxma üzrə 23 rayon, o cümlədən İranın Azərbaycan Respublikası ilə həmsərhəd Gilan əyaləti qırmızı və 44 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 287 rayon sari, 94 rayon isə mavi zona hesab olunur.
/virtualaz.org