Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı “kommunxoz”undan nə xəbər?


Rəsmilər deyir ki, Respublika Baş prokurorluğu burada yoxlama aparır

Bir neçə gün bundan öncə Masallı “kommunxozu” ilə bağlı bir status paylaşmışdıq.

Oxuculara məlumat üçün bildirək ki, son günlər yuxarıda adı çəkilən, qısaca “kommunxoz” adlandırılan, Masallı Mənzil Kommunal  Təsərrüfat İstehsal Birliyi ilə bağlı cenub.az-a aramsız məlumatlar daxil olur. Bu məlumatlar nədən ibarətdir və nə dərəcədə realdır? Qısaca deyim ki, həmin məlumatlarda  “Kommunxoz”un və DOST xidmətinin xətti ilə rayonda 600-ə yaxın xadimənin işlədiyi, onların isə yarıdan çoxunun adının kağız üzərində olduğu, eləcə də 230 min manatdan artıq məbləğdə avadanlıq üçün ayrılan pulun taleyinin qaranlıq olduğu, 8 tondan artıq dizel yanacağının məzuniyyətdə olan işçilərin necə bölünməsi barədə qaranlıq məqamların yer aldığı və digər nöqsanların detalları ilə sadalanır.

Biz deyilənlərə aydınlıq gətirmək üçün adı çəkilən təşkilatın rəhbəri Nazim Muradova  müraciət etdik. Nazim müəllim müraciətimizə həssaslıqla yanaşaraq onu qısa müddətdə cavablandırdı. Yazılan məlumatları nə təkzib, nə təsdiq etməsə  də, bildirdi ki, hazırda respublika Baş Prokurorluğunun göstərişi ilə maliyyə qurumları burada yoxlama aparır. Yoxlama başa çatandan sonra verilən məlumatların nə qədər real, yaxud qeyri-real olacağı aydınlaşacaq.

Martın 29-dan prokurorluq yoxlamaları davam etdirəcək. Biz də hər şey real olsun deyə, yoxlamanın nəticələrini gözləməyə məcburuq. Yoxlamanın rəsmi arayışını əldə etdikdən sonra anonsunu verdiyimiz, eləcə də hələ dilə gətirmədiyimiz məqamlar barədə sizə daha detallı məlumat verməyə çalışacağıq.

Cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10