Deyirlər, təcridxanada ikisi bir otaqda yatır
Hər rayonun olduğu kimi Masallının da həbs cəzası çəkən məşhurları var. Masallılı son illərin məhbusları isə nümayişkaranə həbs olunanalar – İcra hakimiyyəti Başçısının Qarğalıq Ərazi Dairəsinin sabiq nümayəndəsi Sübhan Zalıyev və Masallının sabiq Baş hakimi Cəlil Nəzərovdur.
Cenub.az-a daxil olan məlumata görə, hər iki şəxs Kürdəxanı Təcridxananasının xəstəxanasındadır və eyni palatada yatırlar.
Xatırladaq ki, hər iki şəxs korrupsiya əməllərinə görə həbs olunub. Sübhan Zalıyev 8 ay öncə həbs olunub və həbs olunanadan təcridxananın xəstəxanasındadır. Hələ hökm oxunmayıb. Güman edilir ki, aprel ayının sonunda işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cəlil Nəzərov isə 3 aydır ki, həbsxana həyatı yaşayır. Ev dustaqlığına baxılmaq xahişi öz həllini tapmadıqdan sonra, o da təcridxananın xəstəxanasına yerləşdirilib. Bəzilər təcridxana xəstəxanasını zindanla azadlıq arasında körpü adlandırır.
Hər iki masallılı sabiq vəzifə sahibi, bu günün məhbusu olan şəxslərin yaşı 60-ı ötüb. Onların bu ilin aprel ayının sonlarında azadlığa çıxacağı haqqında söhbətlər dolaşır.
Allah qapılarını açsın.
Zahir Əmənov. Cenub.az