Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AZAL-ın bu addımı da FIRILDAQDIR? - İDDİA


AZAL-ın bu addımı da FIRILDAQDIR? - İDDİA
AZAL-ın bu addımı da FIRILDAQDIR?
Pandemiya dövründə AZAL şirkəti bir çox ölkələrə uçuşlar təşkil etsə də, bilet qiymətlərini ən yüksək səviyyəyə qaldırmışdı. Bununla bağlı cəmiyyətdə ciddi narazılıq olsa da, hər hansı bir addım atılmırdı.

JAMAZ.İNFO xəbər verir ki, məsələ ilə bağlı sərt tənqid olunan dövlət şirkəti ittihamlara cavab vermək əvəzinə, özünə “qara bazar” yaratmaqla məşğul olurdu. Belə ki, pandemiyadan öncə Bakı-İstanbul reysinin bilet qiyməti 170 manat (gefiş-gəliş) təşkil etdiyi halda, pandemiya dövründə bu qiymət 1200 manata qədər bahalaşmışdı. AZAL rəsmiləri iddia edirdilər ki, guya, biletin baha olmasına səbəb “ara məsafəsi” və təyyarədəki hər 2 və ya 3 nəfərin yerinin bir nəfərə satılmasıdır. Əslində isə təyyarələrdə bütün yerlər dolu olurdu və bu gün də heç nə dəyişməyib.

Qeyd edək ki, davamlı tənqiddə sonra AZAL bu gündən etibarən Bakı – İstanbul reysi üzrə biletlərin qiyməti 112 manata endirilib. Amma…

İşin amması odur ki, AZAL burada da fırıldağa əl atmağa başlayıb. Belə ki, 112 manat başlanğıc qiymət olaraq göstərilib. Sistemə daxil olan şəxs daha bir neçə dəfə bilet qiyməti ilə maraqlandıqda, bu təqəm 142 manat olaraq göstərilir.

Bu əsnada, JAMAZ.İNFO-ya daxil olan məlumata görə, İstanbuldan Bakıya uçmaq üçün AZAL-ın qiyməti dəyişməyib. Belə ki, hazırda Türkiyədən Bakıya 800 manatdan ucuz bilet tapmaq mümkün deyil.

P.S. AZAL-ın 112 manat oyunu gözdən pərdə asmaqdan başqa bir şey deyil. Büdcədən ən çox dotasiya alan və ən bahalı uçuş biletləri satan dövlət şirkəti, bunun müqabilində zərərlə işlədiyini də dilə gətirməkdən utanmır. Səbəb isə məlumdur: KORRUPSİYA…





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10