Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəbrayılı yer üzündən silib orada “kilsə” tikənlərin misli görünməmiş həyasızlığı


Bir neçə gündür ki, Ermənistan BBC müxbirinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hazırladığı videoreportaja istinad edərək Cəbrayılda “erməni kilsəsinin yer üzündən silindiyi” haqda hay-küy qaldırıb. BBC Dünya xidmətinin reportyoru həmin reportajında Cəbrayıldakı “erməni kilsəsinin yoxa çıxdığı” barədə bəhs edir. Həmin ərazilərdə növbə çəkən polis əməkdaşından bu haqda soruşur, polis əməkdaşı kilsənin döyüş əməliyyatları zamanı erməni qüvvələrinin zərbəsinə tuş gəlib dağıldığını təxmin etdiyini deyir.
Və bununla bağlı rəsmi Yerevan “Azərbaycanı Qarabağda erməni-xristian irsini yox etməkdə” ittiham edəcək qədər uzağa gedib. Beynəlxalq təşkilatlara “Azərbaycanın xristian irsini məqsədli şəkildə sildiyi” barədə müraciətlər göndərib.
İşğalçılar Cəbrayılda kilsə tikərkən
Bəs necə ola bilər ki, heç vaxt erməni yaşamayan Cəbrayılda “erməni kilsəsi” peyda olub? Əlbətdə, bu ibadətxananı Cəbraılda yerləşdirilmiş işğalçı erməni qüvvələri tikmişdi və orada erməni hərbçiləri ibadət edirdi. Cəbrayıldakı erməni ordu korpusunun keşişi Gevorq Abyan bu haqda news.am-a danışıb. Bildirib ki, Cəbrayılda, hərbi hissənin yaxınlığındakı təpədə kilsə tikmək ideyası 2012-ci ildə meydana çıxıb. Kilsə 2017-ci ildə istifadəyə verilib. “Həm əsgərlər, həm zabitlər bu kilsənin tikintisində birgə işləyirdilər. İstənilən məbləğ, tikinti materialı, kimin əlinə nə keçdisə bu işə yatırılırdı”,-keşiş deyir.

Həmin vaxt Azərbaycan XİN erməni işğalçılarının Cəbrayılda qanunsuz kilsə tikintisinə etirazını bildirib, bunu beynəlxalq normaların pozulması, hərbi cinayət adlandırıb.

Cəbrayıl şəhərinin və rayonun kəndlərinin işğalçılar tərəfindən yer üzündən necə vəhşicəsinə silindiyi barədə görüntülər artıq dünyaya yayılıb. Bu rayonda, eləcə də işğaldan azad edilmiş digər ərazilərdə demək olar ki, daş daş üstdə qalmayıb, o cümlədən məscidlər, müsəlman dini abidələri dağıdılıb. Ermənilər misli görünməmiş vandallıq törədərək hər şeyi dağıdıblar, məhv ediblər. Və birdən onlar heç vaxt erməni yaşamayan bu torpaqlarda-Cəbrayılda kilsə tikmək fikrinə düşüblər. İşğalçı əsgərlərin və zabitlərin ibadət etməsi üçün. İndi isə həmin kilsənin dağılmasından şikayətlənib hay-küy salır, xristian həmrəyliyinə sığınır. Bu, əsl erməni həyasızlığıdır və belə görünür ki, Ermənistan hakimiyyəti, cəmiyyəti ötən ilin payızında başlarına gələnlərdən yetərli dərs çıxarmayıb.

Axı işğal edib yerlə bir etdiyi Cəbrayılda kilsə tikməyə erməni işğalçılarının nə haqqı vardı? İşğal edilmiş ərazilərdə məskunlaşdırma aparmaq, orada dini obyektlər də daxil olmaqla hansısa tikintilər aparmaq beynəlxalq normaların birbaşa pozulmasıdır, cinayətdir.  Həmin kilsə döyüş əməliyyatları zamanı dağılmayıbsa belə Azərbaycan əsgərlərinin onu dağıtmağa tamamilə qanuni haqqı vardı. Cəbrayılda azərbaycanlıların dağıdılan evlərinin daşları ilə erməni kilsəsi tikmək və indi bu torpaqlar azad olunandan sonra həmin kilsənin dağılmasını “xristian irsinə qarşı təcavüz” kimi qiymətləndirmək?! Bunlar sağalan deyil...
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10