19 sentyabr 2017-ci il tarixdə USAİD-ın nümayəndə heyəti-Naida Zeseviç (ABŞ), Rayn Rassel (Azərbaycan) və Vüqar Ağayev (Azərbaycan) Masallıda rəsmi səfərdə olub.
Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi və mehribanlıqla qarşılanan USAİD-ın nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüş zamanı rəsmi səfərdə olan USAİD-ın heyət üzvləri Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə dəsakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, 2016-cı ilin sentyabrın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində Masallıda Bayraq Meydanı və Azərbaycanın Rəmzləri Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, “ASAN həyat” kompleksinin, uşaq-incəsənət məktəbi, Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Masallı RİH başçısı cənab Rafil Hüseynov ölkə rəhbərinin diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün rayonun ərazisində hər cür infrastruktura malik tikilib istifadəyə verildiyini bildirib. Rayon rəhbəri Prezident İlham Əliyevin tövsiyələrinə əsaslanıb rayonda və kəndlərdə yol strukturunun yaxşılaşdırılması,
Viləşçay dəryaçasının ikinci növbəsinin tikintisi, çayçılığın inkişafı, tütünçülük, istixana təsərrüfatlarının yaradılması məsələlərinə də aydınlıq gətirib. Qeyd edib ki, əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad və Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib . RİH başçısı deyib ki, ölkə rəhbəri Masallıda turizm üçün yaxşı şəraitin olmasını qeyd edib. Masallıda 105 min əmək qabiliyyətli adam var. "EMBAWOOD" dünya mebel brendi Masallıya məxsusdur. Hazırda Cənaye Məhəlləsində böyük işlər aparılır. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.
10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 544s Sərəncamına əsasən həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Rayondakı kiçik və orta sahibkarlarla müzakirələr aparılmış, fəaliyyət göstərmək istəyən sahibkarlar haqqında müvafiq məlumatlar toplanmışdır. Sənaye Məhəlləsində gələcəkdə 1000 nəfərin məşğulluğunun təminatı nəzərdə tutulur. Tikintidə 150 nəfər çalışır ki, onların 130-dan çoxu yerli sakinlərdir.
Sahibkarlar 7 il müddətində əmlak, torpaq, biznes, gömrük vergisindən azad olunacaqlar.
Ümumi mühasibat uçotu, hüquq məsləhətxanası, bank xidməti elə məhəllənin daxilində fəaliyyət göstərəcək. Bu da sahibkarların vaxtına və xərcinə qənaət edəcəkdir.
Rayonumuzdan Rusiya və digər MDB məkanında tanınmış, öz işini qura bilmiş iş adamları çoxdur. Şübhəsiz dövlətin dəstəyi ilə reallaşan Sənaye Məhəlləsi onların da diqqətini cəlb edəcək. Bu ilk növbədə onların özünün biznesinin inkişafına stimul verəcəkdir.
Xaricdə işləyən biznes sahibi olan həmvətənlərimiz Sənaye Məhəlləsinə investisiya yatırmaqla burada öz bizneslərini genişləndirə bilərlər. Rayona gələn tuiristləri ərzaq, habelə meyvə-tərəvəz məhsulları ilə təmin etmək üçün torpaqlar əkilir.
Ev turizminə diqqət artırılır. Masallı RİH başçısı cənab Rafil Hüseynov geniş nitqində Azərbaycan ərazilərində yaradılmış Ermənistan XX əsrin sonlarında Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına təşəbbüs göstərməyə başlamış, ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma torpaqlarından qovmuşdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi indiyədək icra edilməmişdir. Bu gün də işğal altında olan torpaqlarımızda problemlər yaşanmaqdadır, İşğal altında olan ərazilərdə tarixi və mədəniyyət abidələrimiz dağıdılır, fauna və floraya cidii ziyanlar vurulur. Azərbaycan xalqı sülsevən, qonaqpərvər xalqdır.
Ölkəmizdə toliorantlıq hamının diqqətini cəlb edir. Dövlətimiz qüdrətlidir. Biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. USAİD-ın nümayəndə heyətinin üzvü Naida Zeseviç (ABŞ) öz növbəsində uzun illərdən bəri Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb. Xarici qonağın sözlərinə görə, ötən müddət ərzində Azərbaycanda iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Yaxın günlərdən başlayaraq sözügedən təşkilat rayonda bir sıra layihələri həyata keçirməyə başlayacaq. USAİD-ın nümayəndə heyəti- Naida Zeseviç (ABŞ), Rayn Rassel (Azərbaycan) və Vüqar Ağayevlə (Azərbaycan) Masalılı, rayonunungəzməli yerləri ilə yaxından tanış olublar.