Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DÇ-2022: Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı - FOTO


Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu keçirib.
A qrupunda yer alan millimiz İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Oyun portuqalların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz matçın birinci hissəsində qol buraxsa da, ikinci hissədə daha yaxşı oyun nümayiş etdirib. Oyunun ən seçilən futbolçusu isə qapıçı Şahruddin Məhəmmədəliyev hesab oluna bilər. O bir neçə çətin epizodda millimizi sözün əsl mənasında xilas edib.
Qeyd edək ki, oyunda vurulmuş yeganə qol Maksim Medvedevin ayağına yazılmış avtoqol olub.


















01:09
DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında ikinсi hissə başlayıb.
İlk yarıdan sonra hesab portuqalların xeyrinədir - 1:0.
00:34
DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında birinci hissə başa çatıb.
İlk yarıdan sonra Canni De Byazinin başçılıq etdiyi kollektiv 1:0 hesabı ilə məğlub olur.
00:24
DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında hesab açılıb. 
36-cı dəqiqədə yığmanın kapitanı Maksim Medvedev topu öz qapısına göndərib - 1:0.
23:45
DÇ-2022-nin seçmə mərhələsində İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya və Azərbaycan milli komandaları qarşılaşır. 
Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edir:
Baş hakim: Daniel Siebert
Baş hakimin köməkçiləri: Jan Seidel, Rafael Foltyn
Dördüncü hakim: Sascha Stegemann
22:40
DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Bakı vaxtı ilə saat 23:45-də başlayacaq Portuqaliya - Azərbaycan oyunu üçün  heyətlər müəyyənləşib.
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:
Portuqaliya: 12. Lopes, 3. Dominqos Duarte, 4. Ruben Diaş, 5, Nunu Mendeş,  20. Joau Kanselu, 19. Pedro Neto,  8. Joau Moutinyo, 18. Ruben Neves, 7. Kriştiano Ronaldo (k), 9. Andre Silva, 10. Bernardo Silva
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luiş Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serxio Oliveyra, 15. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik Soareş, 23. Joao Feliks
Azərbaycan: 12. Şahruddin Məhəmmədliyev, 18. Anton Krivotsyuk, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 6.Vüqar Mustafayev, 8. Emin Mahmudov, 13. Abbas Hüseynov, 9. Əli Qurbani, 10. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 21. Namiq Ələskərov, 22. Amil Yunanov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10