“Vesti FM” radio stansiyasının aparıcısı, siyasi şərhçi Giya Saralidzenin rəhbərliyi ilə “Vestnik Kavkaza”nın çəkiliş qrupunun ordumuzun Vətən müharibəsində düşmən tapdağından azad etdiyi Azərbaycan ərazilərinə səfəri ilə bağlı ikinci filmi təqdim edilib.
Cenub.az məlumatına görə, kadrlarda Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan, həmçinin İranla sərhəd ərazilər əks olunub, Ermənistan silahlı qüvvələrinin işğalçıları tərəfindən həyata keçirilən məhv miqyası qeydə alınıb.
Giya Saralidze Ermənistanın öz qonşusunun ərazisinə göz dikərək yerli əhalini qovduğunu, öldürdüyünü, təbii sərvətini qazaraq çıxardığını, əraziləri isə 30 ilə yaxın müddətdə məhvə məhkum etdiyini bildirib.
“İndi isə Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ərazisinin beşdə birini həyata qaytarır”, – deyə jurnalist vurğulayıb.