Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin tayqa gəzintisində nüvə çemodanını özüylə gəzdirib?


Xəbər verildiyi kimi ötən həftə sonu Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə onun vətənində-Tuva muxtar respublikasında istirahət edib. Rusiya dövlət başçısı müdafiə naziri ilə birlikdə “vezdexod” sürüb, piyada gəzib və meşədə çay içib, nahar edib.
Bəs bu zaman “nüvə çemodanı” Putinin yanında olubmu? Axı söhbət nüvə dövlətinin başçısının əldən-ayaqdan uzaq Sibir meşələrində, tayqada iki gün vaxt keçirməsindən gedir.

Jurnalistlər Putinin mətbuat katibi Dmitri Peskovdan bu haqda soruşublar. O bildirib ki, Rusiya prezidenti istirahət zamanı “iş üçün  bütün lazımi avadanlıqlarla” təchiz edilmişdi. “Bütün zəruri rabitə vasitələri, o cümlədən strateji rabitə vasitələri daim prezidentin yanında olur, onun harada olmasından asılı olmayaraq. İstər Rusiya ərazisində, istər dünyanın istənilən başqa ölkəsində”,-Peskov bildirib.
Jurnalistlər daha bir sual veriblər-müdafiə naziri də tayqada analoji vasitələri özüylə götürmüşdü? “Əlbətdə, bəs necə? Təbii ki”,-Peskov cavab verib.
 
Virtualaz.org
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10