ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, Birləşmiş Ştatlarda qanunları elə dəyişdirmək lazımdır ki, onlar irqçilik və zorakılığı məhv etməyə imkan yaratsın.
Bu barədə “İnterfaks”a istinadən xəbər verir.
“Hətta əgər Birləşmiş Ştatları çoxdan zəhərləyən sistemli irqçiliyi və ağ irqin üstünlüyünü eybəcər zəhər kimi etiraf etsək belə, bizi amerikalılar kimi birləşdirməli olan əsas dəyərlərdən və inamlardan biri nifrətlə və irqçiliklə mübarizədir. Biz ölkəmizdə diskriminasiyaya yol verən qanunları dəyişdirməliyik, ürəklərimizi dəyişdirməliyik”, – prezidentin BMT-nin irqi ayrıseçkiliyin aradan qaldırılması üzrə Beynəlxalq Günlə bağlı bəyanatında deyilir.
Bayden əlavə edib ki, nifrət nə ABŞ-da, nə də dünyada “təhlükəsiz liman”a sahibi ola bilər. ABŞ rəhbəri vətəndaşları nifrətin qarşısını almaq üçün birləşməyə çağırıb.
Cozef Bayden ABŞ administrasiyanın dünyadakı irqi ayrıseçkiliyə, o cümlədən Myanmadakı Rohincaya və Çində uyğurlara qarşı dəhşətli davranışa qarşı çıxış edəcəyini qeyd edib.(Report)