Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İran şahının Səudiyyə kralına tarixi məktubu: “Qadınlara icazə verin ki, mini yubka geyinsinlər”


Səudiyyə kralının şahənşaha cavabı: “Siz əhalisinin 90 faizi müsəlman olan İranın şahısız, Fransanın yox. Bunu unutmayın”

1960-cı illərin sonlarında İran şahı Məhəmməd Rza Pəhləvi Səudiyyə kralı Feysələ modernləşmə ilə bağlı çağırış edib: "Xahiş edirəm qardaşım, modernləş. Ölkənizi dünyanın üzünə açın. Məktəblərinizdə qızlarla oğlanlar bir yerdə oxusun. Qadınlara icazə verin ki, mini yubka geyinsinlər. Diskotekalar açın. Müasir olun. Əks təqdirdə, taxtınızda qalacağınıza zəmanət verə bilmərəm".

King Faisal of Saudi Arabia on on arrival ceremony welcoming 05-27-1971 (cropped).jpg
Feysəl ibn Əbdüləziz Əl Səud
Buna cavab olaraq kral Feysəl şahənşaha belə bir cavab yazıb:" Əlahəzrət, məsləhətlərinizi qiymətləndirirəm. Xatırladım ki, siz Fransanın şahı deyilsiniz. Siz Yelisey Sarayında deyilsiniz. Siz əhalisinin yüzdə doxsanı müsəlman olan İranda hökm edirsiz. Xahiş edirəm ki, bunu unutmayın".

محمدرضا شاه پهلوی (@shahe_iran) | Twitter

İran şahı Məhəmməd Rza Pəhləvi 

1979-cu il İran inqilabının rəhbəri Ayətullah Xomeyni “mini yubka”, “diskoteka” tərəfdarı, modernləşmə sevdalısı olan Məhəmməd Rza şahı devirdi. İran şəriət qanunlarına söykənən islam respublikasına çevrildi.

İranı şahının taxtında qalacağına şübhə etdiyi Səud tayfası hələ də iqtidardadır.

Elbəyi Həsənli, Sürix





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10