Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin yeni görüntüləri yayılıb.
Cenub.az-ın Yenisabah.az-a istinadən məlumatına görə, sosial mediada yayılan fotolardan görünür ki, A.Abdullayev azadlıqda gününü heç də pis keçirməyib. O, mütəmadi olaraq paytaxt Bakının barlarında əylənib, bahalı restoranlarda qonaqlıqlar verib, eyş-işrət məclisləri qurub. Əlində sulu qəlyan, ətrafında xanımlar olan A.Abdullayev poz verərək özünü lap cənnətdəki kimi hiss edib. Necə deyərlər, yaxşı yaşamağın dadını çıxarıb.
Xatırladaq ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub. Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.