Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni fəalı İlham Əliyevə müraciət etdi


Tanınmış erməni fəalı İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Azərbaycanla sülhə çağırdığına görə ermənilərdən çoxsaylı təhdidlər alan Verdyan müraciətində Prezidentdən Ermənistana, keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyandan qurtulmaqda kömək etməsini xahiş edib.

"Hörmətli cənab Prezident! Nəzərinizə çatdırıram ki, R.Köçəryan və S. Sarqsyanın şəxsində Azərbaycan Respublikasının iki təbəəsi hazırda Ermənistan Respublikasının ərazisindədir. Onlar təxribatçı fəaliyyətləri ilə adi quldurluq və terrorizm üsulu ilə hərəkət edərək Azərbaycan və Ermənistana düzəlməz zərərlər vurmaqda davam edirlər.
Xahiş edirəm, yuxarıda adı çəkilən vətəndaşların Azərbaycana ekstradisiyası üçün bütün lazımi tədbirləri görəsiniz", - deyə Verdyan öz “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, bundan əvvəl-fevralın 26-da Xocalıda baş vermiş faciənin ildönümü günü İşxan Verdyan Azərbaycana başsağlığı verərək, təqsirkarların cəzalandırılacağına ümidvar olduğunu bildirmişdi.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10