Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni silahlılarının etiraflar paradı – Sağ olsun Rusiya mediası


Onlar həbs olunmalı, ölkəmizə gətirilməli və açıq şəkildə mühakimə edilməlidirlər
 
Heç vaxt düşünmürdüm ki, nə vaxtsa Rusiya mediasının Azərbaycan və Türkiyə üçün faydalı ola biləcəyini də yaza bilərəm. Axı, Rusiya mediası bu günə qədər 44 günlük müharibə zamanı ölkəmizə qarşı vuruşan dünyanın müxtəlif ölkələrinin vətəndaşları barədə məqalələr dərc edirdi. Bu məqalələr rəsmi Bakının mövqeyinin düzgünlüyünü və dövlətimizi tənqid etmək üçün erməni dəlilləri ilə silahlandırılan rəsmi İrəvanın, eləcə də dünyanın hər yerindən olan siyasətçilərin saxtakarlığını, riyakarlığını sübut edir.
 
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Fransa Prezidenti Emmanuel Makrondan və dünyanın müxtəlif ölkələrindən muzdluların 44 gün davam edən müharibə zamanı bizim tərəfimizdə döyüşdüyünə dair açıqlamalar verən digər şəxslərdən konkret sübutlar tələb etdi. Belə dəlillər yoxdur və ola da bilməz. Müxtəlif səbəblərdən.
 
Birincisi, Azərbaycan müharibə zamanı bütün ordusundan tam istifadə etmədi. Onminlərlə hərbçi müharibədə iştirak etmədi, çünki müharibə ay yarımda uğurla başa çatdı.
 
İkincisi, Azərbaycanda böyük bir səfərbərlik ehtiyatı var idi, respublikanın hərbi qeydiyyat komissiyaları mövcud müharibədə iştirak etmək istəyən könüllülərlə dolu idi.
 
Üçüncüsü, bu müharibə tamamilə yeni qaydalara, üsullara görə aparıldı. Azərbaycan düşmənin texnikasını və canlı qüvvəsini məhv edən və Ermənistan ordusunu məğlubiyyətə aparan pilotsuz təyyarələrdən fəal və uğurla istifadə etdi. Bu şərtlər daxilində yeni texnologiyalarla aparılan müharibədə heç öz ordumuzun hərbi qulluqçularından geniş istifadəyə zərurət yaranmadı. Təbii ki, heç bir mifik muzdluya da ehtiyac yox idi.
Vətən müharibəsi ilə əlaqədar təsis ediləcək yeni orden və medallar -  SİYAHI <span class=
Ötən əsrin müharibə formasında hazırlaşan erməni tərəfi idi ki, bu da onların siyasətçilərinin, hərbi mütəxəssislərinin və döyüşçülərinin dili ilə açıq şəkildə bildirilirdi. Buna görə, məhz erməni tərəfi beynəlxalq terrorçuların Dağlıq Qarabağa göndəriləcəyini elan etmişdi. Düzdür, ermənilər özləri göndərilənləri terrorçu deyil, könüllü adlandırırlar. Ancaq əslində, dünyanın müxtəlif ölkələrində, Azərbaycana qarşı əllərində silahla vuruşan bütün vətəndaşlar, ölkəmizin qanunlarına görə, terrorçu sayılırlar.
 
Bax, elə Rusiya mediası da bunlardan danışır. Məsələn, “Argumentı i Faktı” nəşri öz şərhçisi Georgi Zotovu Ermənistana göndərdi. “İrəvanın mərkəzindəki bir kafedə keçən il oktyabrın əvvəlində Qarabağ uğrunda döyüşməyə gələn könüllü Levon Melkonyanla danışıram. Söhbət ingilis və ərəb dillərindədir: Levon rus dilini bilmir, çünki Livanda, Beyrutun erməni məhəlləsində anadan olub”, - deyə Zotov məqaləsində yazır.
 
Yəni qarşımızda indiki 44 günlük müharibədə iştirakını etiraf edən bir Livan vətəndaşı var. Cəbhədə bu cür livanlılar çox idi. Onların etnik erməni olması məsələnin mahiyyətini dəyişdirmir - Livan vətəndaşları Azərbaycana qarşı mübarizə apardılar. Buna görə xarici silahlıların cəlb edilməsinə dair iddialar, məhz Ermənistana aid edilə bilər. Ancaq Fransa Prezidentinin, amerikalı konqresmenlərin və senatorların gözümüzdə bir çöp axtardığı müddətdə, erməni gözündə bir tir görməməyə vərdiş edən digər xarici siyasətçilərdən hələ belə bir iddia eşidilmir. Bədnam ikili standartlar? Əlbəttə. Bunlarsız olmur.
 
Bu arada, “AiF”-dən qalmaqallı etiraflar estafetini Simonyanın “Sputnik Ermənistan”ı ələ keçirdi. “Biz erməni dilində düşünməliyik: buraxmasalar belə, amşenlilər Qarabağa necə döyüşməyə getdilər” başlıqlı məqalədə 2020-ci ildə Ermənistana film çəkmək üçün gələn Ovannes Mkrtçyanla bağlı bir hadisə yer alıb. Ovannesin Ermənistan vətəndaşı olmadığı açıq-aşkar yazılıb. O, bir amşen ermənisidir. Onlar Trabzon, Girəsun, Ordu, Samsunda, Türkiyənin qərbində (Adapazarı, Bolu) yaşayan ermənilərin alt etnik qrupudur.
 
Yazıda Türkiyədən olan Ovannesin cəbhədə necə peyda olması izah edilir: “Bir dostuma dedim ki, cəbhəyə getməyimizi çağırana qədər gözləməli deyilik, özümüz getməliyik. Ertəsi gün bu gedişi təşkil etməyi bacardıq. Hərbi forma alıb saat 7-də yola çıxdıq. Əvvəlcə çox çətinliklər var idi. Bizi Qırmızı Bazar kəndinə, daha sonra Taqavarda apardılar. Dəstədə çox güclü uşaqlar var idi. Müxtəlif ölkələrdən könüllülər gəldi və bacardıqları qədər kömək etdilər”.
 
Yəni Mkrtçyan Azərbaycanın işğal olunmuş ərazilərində və Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakını etiraf etməklə yanaşı, dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin müharibədə iştirakı barədə məlumat verdi. Onları könüllü adlandırır, amma əslində, həbs olunması, ölkəmizə gətirilməsi və mühakimə olunması vacib olan insanlardır. Üstəlik, bu məhkəmələri açıq keçirmək, xarici KİV-ləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçiləri dəvət etmək lazımdır ki, hər kəs rəsmi Bakının açıqlamalarının düzgünlüyünə əmin olsun.
 
Yalnız ümid edə bilərik ki, müvafiq strukturlarımız vətəndaşları Azərbaycana qarşı müharibədə iştirak etdikləri barədə açıq və məmnuniyyətlə danışan qardaş Türkiyəyə və dünyanın digər ölkələrinə bir sorğu göndərəcək. Rusiya mətbuatı bilərəkdən və ya səhvən bizə dəlil toplamaqda kömək edir. Necə deyərlər, harada tapacağını, harada itirəcəyini heç bilmirsən. Üstəlik, sosial şəbəkələrdə də Rusiya Federasiyası vətəndaşlarının  44 günlük müharibə zamanı Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəldiklərini açıq elan edən etnik rusların bir çox hekayələri var…

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10