Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
"BakuPost" bildirir ki, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
***
Ağdam rayonunda 6 nəfər minaya düşüb.
Yusifcanlı kəndində məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu - onun üç oğlu, 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, onun nəvəsi 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundaqn məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində 7 yaşlı Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.