Hamısının səbəbi də təxminən eyni idi - ağaclar kütləvi şəkildə qırılır, torpaq gücsüzləşir və sürüşməyə başlayır. Ötən həftə ölkənin digər ərailəri ilə yanaşı cənubda daha bir torpaq sürüşməsi baş verdi. Növbəti torpaq sürüşməsi Lənkəranınn Bəlton Ərazi Vahidinin Osaküçə-Bəlton yolunda baş verib. Hadisə nəticədə sıldırım dağ yamacından keçən yol bərbad hala düşdüyündən Bəliton, Horavenc və Şivlik kəndlərinin sakinləri üçün problemlər yaranıb. Qeyd edək ki, ərazidə sürüşmə bu ilin mart ayının əvvəllərindən aktivləşməyə başlayıb və öson günlər yağan intensiv yağışlar nəticəsində yol tamamilə kəsilib. Lakin, əraziyə cəlb olunan təmir briqadasının köməkliyi ilə yol bərpa edilib. Torpaq sürüşməsi kənd sakinlərinin narahatlığına səbəb olub. Çünki, 3 kəndə gedən bu yeganə yol sakinlər üçün həyati əhəmiyyət daşıyır.
Məluma üçün bildirək ki, Osaküçə - Bəliton yolunun 2 kilometr hissəsində 5 yerdə torpaq sürüşməsi baş verib. Sürüşmə zamanı nəqliyyat yolunda uzunluğu 40 metr, yamac boyu eni 30 metr, dərinliyi isə 0,5-1,0 metr olan yarğan əmələ gəlib.
Qeyd edək ki, FHN-nin mütəxəssisləri hadisə yerində olub və sürüşmə baş verən zonaya baxış keçiriblər. Onların fikrincə sürüşməyə səbəb yamacda olan meşə massivinin kütləvi şəkildə qırılması və son vaxtlardakı intensiv yağışlar səbəbindən torpağın yumşalması olub.
Qeyd edək ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin verəcəyi rəydən asılı olaraq ərazidə alternativ yol çəkilə bilər.