Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq


“Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında bildirib.
İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır.


“Təkcə 2021–2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”,- deyə Ağalarov qeyd edib.
Hazırda “Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10