“Azıx kəndi qədim Azərbaycan kəndidir. Qədim yaşayış yeridir. Təbiəti də çox gözəldir buraların”.
Cenub.az xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Azıx kəndində olan Prezident İlham Əliyev deyib.
Qədim Azıx mağarasına da baş çəkən dövlət başçısı bildirib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamımızı göstəririk. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burda tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanın yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir.
Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparmışdır. Qanunsuz olaraq xaricdən alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Bu ziyanın hamısını onlar ödəyəcək. Onları məcbur edəcəyik”.
Daha sonra ölkə başçısı “Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.