Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabiq korpus komandiri, Milli Qəhrəman Rövşən Əkbərovun həbsinin şok səbəbi - İDDİA...


Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

"Qafqazinfo" generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.  Dövrü mətbuatda vaxtilə ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10