Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib.
Cenub.az xəbər verir ki, bu barədə “Report”a C.Məmmədli özü danışıb.
O bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.
İş hakim Anar Sadıqovun icraatına verilib.
Şikayətə səbəb icra başçısının barəsində yazılan məqalələr olub.
Qeyd edək ki, bu əmələ görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.