Masallı rayonunda ilk və hələlik yeganə orta ixtisas məktəbi olan Masallı Dövlət Regional Kollecinin onlarla tələbəsi Qarabağ savaşında daim ön cəbhədə olmuşlar. Belə ki, kollecin məzunlarından və hazırkı tələbələrindən 66 nəfər bu savaşda iştirak etmiş, onlardan 3 nəfəri şəhidlik zirvəsinə qovuşmuş, 7 nəfəri yaralanmışdır. Bu məzunlardan və hazırki tələbələrdən də 32 nəfəri müxtəlif medallarla təltif olunmuşdir.
Kollecin şəhid tələbələrini sizə təqdim edirik:
1. İbrahimli Kənan Azad oğlu. Cəlilabad rayonu, Şiləvəngə kəndi.
2. Ağayev Ağamalı Şamil oğlu. Masallı rayonu, Çaxırlı kəndi.
3. Kərimov Ağamoğlan Yusif oğlu. Salyan rayonu, Xocalı kəndi.
Yaralanmış tələbələr isə aşağıdakılardır:
Quliyev Şadman Şamxal oğlu,
Qurbanov Nuru Şahin oğlu,
Salayev Bəxtiyar Aləddin oğlu,
Cəbiyev Fərid Seyran oğlu,
Mirzəzadə Elmar Əziz oğlu,
Quliyev Cəsarət İlham oğlu,
Baxşıyev Elnur Cəfər oğlu.
Kollecin kollektivi Şəhid və Yaralı, eləcə də Qazi tələbələrini daim diqqətdə saxlayır. Kollecin direktoru Vidadi Nəzərovun cenub.az saytına bildirdiyinə görə, kollektiv bütün şəhidlərin dəfnində iştirak etmiş, müvafiq yardımlar göstərmiş, vaxtaşırı olaraq şəhid ailələrini, yaralıların isə özünü ziyarət etmişdir.
Novruz bayramı günlərində də kollec şəhid tələbələrini unutmayıb. Hər şəhid tələbənin fotosu olan xüsusi lövhələr hazırlamış, Salyandan, Cəlilabaddan, eləcə də Masallıdan olan şəhidlərin qapısını bayram sovqatı ilə açmış, hər bir ailədə valideynlərlə söhbətləşmiş, onların qayğılarını, arzularını dinləmişlər. Bundan sonra da bu ailələr diqqətdə saxlanılacaqdır.
Faiq Hüseynzadə, cenub.az