Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabahdan Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilir


Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.
 
Modern.az-ın məlumatına görə, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir.
 
Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar.
 
Qeyd edək ki, Gürcüstanda mərhələli şəkildə məhdudiyyətlərin qaldırılması barədə planı fevralın 24-də Baş nazir İrakli Qaribaşvili açıqlayıb.
 
Martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa edilib, martın 8-dən isə xizək turizmi obyektləri açılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10