- MÜSAHİBƏ
“DTX-ya və Dini Komitəyə müraciət edəcəyəm”
“Anamın adından nazir müavinindən 20 min dollar almışdılar”
Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müzakirə mövzusu seyidlər, onların əqidəsi barədə olacaq.
Müsahibimiz Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylidir. Onunla söhbəti təqdim edirik.
- Camal müəllim, seyid nəslindənsiniz. Özünüz isə yaxşı bilirsiniz ki, seyid anlayışı birmənalı qarşılanmır və müxtəlif müxalif fikirlərə də yol açır. Şablon olaraq çox eşitmişik ki, seyidlər peyğəmbər nəslindən gələnlərdir. Bəs son araşdırmalar bu barədə nə deyir?
- Azərbaycanda əsrlərdir ki, yaşayan, ömür sürən, Azərbaycanın mənəvi mühitinə öz töhfəsini verən əhli-beyt
mənsubları var. Yəni sevgili peyğəmbərimizin soyundan gələn, şəcərəsi və əməli bəlli olan, vətəninə, dövlətinə, dini kimliyi ilə bərabər milli kimliyi özündə daşıyan seyidlər var. Hətta Azərbaycan dövlətinin bütövlüyü uğrunda şəhadət kəfənini geyinən əhli-beyt mənsubları adına deyirəm ki, sayılıb-seçilən seyidlər var. Bu seyidlər öz həyat yaşantılarını cəmiyyətə transfer edə bildilər. Onlar sübut etdilər ki, həqiqətən də peyğəmbər soyundadırlar.
Ancaq bir şeyi təəssüflə deyim ki, Azərbaycanda əhli-beyt, seyidlik istismara məruz qalıb. Az qala hər küçədə, hər kənddə, hər qəsəbədə biri ortaya çıxır və seyid olduğunu iddia edir. Bunların heç bir halda sevgili peyğəmbərimizin soyuna aidiyyatı yoxdur.
- Siz dediyiniz kateqoriyaya aid olanlar həqiqətən də seyid olduqlarına inanırlar, yoxsa öz mənfəətləri üçün seyidlik statusundan istifadə edirlər?
- Belələrinin genefond baxımından peyğəmbər soyuna bağlılığı yoxdursa, deməli seyid deyillər.
Osmanlı imperiyasının planlı şəkildə işlədiyi bir xətt var idi – bu dini mühitlə bağlı idi. Osmanlıda seyidlər və şeriflər var idi. Seyidlər həzrəti Hüseynin, şeriflər isə həzrəti Həsənin soyundan gələnlər idi. Onlar dövlət tərəfindən himayə olunurdular. Osmanlı dövlətinin möhkəmlənməsi üçün onları mənəvi kimliyindən istifadə olunurdu. Digər istismarlara isə meydan verilmirdi.
Amma bu gün əlbəttə ki, mənfəətə görə özlərini yalandan seyidadlandıranlar var. Mənim polis rəisi, nazir, fəhlə dostum da var. Məmur təbəqəsinin hansı birinin qapısını kimsə rahatlıqla döyə bilər?!
Ancaq milli dəyərlərimizin bir parçasına çevrilən əhli-beyt, seyidlik məktəbinin nümayəndələrinə hər yerdə qapılar açılıb. Bu gün dırnaqarası bazar, mənfəət adamları sevgili peyğəmbərimizin adını istismar edirlər. Onlar axşam yatırlar, səhər durub “mən seyidəm” deyirlər.
Şərqşünas kimi bir araşdırma aparmışam. Azərbaycanda bu gün yüzlərlə mənəvi dəyərlərimizə, milli kimliyimizə aidiyyatı olmayan insan, xalqın bu mübarək soya göstərdiyi hörmətdən sui-istifadə edərək özlərini əhli-beyt mənsubu kimi tanıdırlar.
Bu gün əsl seyidlər vətən, millət, Qarabağ adına mücadilə edir və kiməsə seyid olduğunu da demir.
Mənim oğlum Oksfordda təhsil alır, onun elmi işi Dağlıq Qarabağla bağlıdır. Ancaq mənim oğlum heç zaman seyid olmasını dilə gətirmir.
Amma nə qədər insan var ki, adının qarşısına “Mir” hissəciyi artırıb və özünü seyid kimi təqdim edir. Dünənə qədər Laçında, Kəlbəcərdə, Ağdamda bu mübarək soyun nümayəndəsi kimi tanınmayan bir qrup insan Bakıda seyidlərə çevriliblər. Bu, rəzalətdir. Bu, həm də Azərbaycan dövlətçiliyi, milli qüruru üçün çox böyük bir təhlükədir.
- Ərəblərdə “Mir” sözü yoxdur. Bəs seyidlər niyə adlarının önündə “Mir” hissəciyindən istifadə edir?
- Mir fars dilindən alınan sözdür, hərfi mənası ağa deməkdir. Mən hər zaman ziyalı dostlara deyirəm ki, mənə Mircamal, Seyid Camal deyə müraciət
etməsinlər. Mənim adımın qarşısında “Mir” yoxdur. Ancaq Bakı Dövlət Universitetinə rayondan gəldikdə, Qarabağda böyümüş alimimiz Əyyub Əzizov auditoriyaya girdi və mənim haqqımda danışdı. “Seyid Camal Qarabağın tanınmış seyid nəslindəndir” dedi. Düzü, utandım. Çünki auditoriyada Seyid Camal kimi tanınmağımı istəmirdim. Mən həmin anda adımın üzərindəki seyidlik məsuliyyətinin nə qədər ağır olduğunu bir daha dərk etdim. Bu, mənim üçün şərəfli bir yükdür. Yetərli olan ilahi təqvadır. Əgər kimdəsə təqva, Allahdan qorxmaq, mərhəmət, sevgi, şəfqət yoxdursa, onun seyidlikdən danışmağa haqqı yoxdur. Azərbaycanda həqiqi seyidliyə istinad edən və Mir adı ilə tanınanlar var ki, onlar seyidlik adına ləkə gətirirlər.
Sevgili Məhəmməd peyğəmbər sağ olsaydı, onların boyununu vurdurardı.
Mətbuat da sanki gerçək seyidlərə müraciət etməkdən çəkinir. Niyə seyid Mübariz İbrahimovdan yox, ip satanları, suya üfürüb tüpürcüklərini ifraz edənləri seyid hesab edirlər? Halbuki bizim Mübariz İbrahimov, seyid Xəlil və digər adlarını çəkmədiyim şəxslərimiz var. İndi kimsə seyidlik adını istismar edirsə, bu, onun günahıdır. Mənim adımın qarşısında Mir yoxdur. Amma Bakıda tanıdığım elələri var ki, onlar məzhəbinə, dövlətinə, bayrağına, vətəninə, milli, dini kimliyinə xəyanət ediblər. Lakin seyid adı ilə formalaşıblar və ən gözəl villalarda oturlar. Bizim məmur dostlarımız da var ki, onların qapısına gedib nəzir verirlər. Mən sizin müsahibələri izləyirəm, müsahiblərinizdən elələrivar ki, o cür yalançı seyidlərə xüms verir, kömək göstərir. Mən isə həyama sığınaraq demişəm: “Qardaşım, bunlar seyid deyil. Əmisi, dədəsi filankəsdir. Bu adam şərabxordur”. Bu adamlar isə məndən xahiş edir ki, canlı efirdə elələrinin adını çəkməyim, çünki onun guya ağır nəfəsi var.
- Rəhmətlik Heydər Camal iddia edirdi ki, seyidlərin çoxu yəhudi mənşəlidir. Onun arqumentlərinin zəif olduğunu deyə bilmərik. Hardasa bu iddiada həqiqət axtarmağa dəyərmi?
- Allah Heydər Camala rəhmət eləsin! O, mənə “seyidim” deyə müraciət edirdi. Biz onunla Moskvada görüşmüşdük. Bakıda beynəlxalq tədbirlərin birində görüşmüşdük. O tədbirdə özü mənə yaxınlaşdı və mənə “nurlu seyidim” dedi.
Heydər Camalın fikirlərinə gələk. Heydər Camal bütövlükdə Azərbaycanda məskunlaşan, şəxsən Azərbaycan xalqının əsrlərdir and yerinə çevrilən yerlərə həqarət etdi. Mənim ona məktubum var idi. Heydər Camal da mənə cavab yazmışdı.
- Dialoqunuz nədən ibarət idi?
- Heydər Camal “mən bütövlükdə Azərbaycan seyidlərini nəzərdə tutmamışdım. Mətbuatda çıxan jurnalistin təxəyyülünün məhsuludur” deyə yazırdı. O zaman isə Dini Komitə rəhbərliyi bu mətkublaşmanı ictimailəşdirməyi istəmədi. Azərbaycanda milli-mənəvi dəyərlərimizin, dini kimliyimizin, əhli-beyt kimliyinin mühafizəçisi cənab prezident İlham Əliyevdir. Çünki Gəncədə İmamzadə Kompleksini, Bərdədə İmamzadə Kompleksini cənab prezident himayə edib.
Allah Heydər Camala rəhmət eləsin! Ümid edək ki, onun axirətə köçmədən öncə “bu jurnalistin təxəyyülüdür” deməsi daha doğru idi.
Azərbaycanda İran, İsrail, Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının Azərbaycanda fəaliyyət göstərən nümayəndələrinin adlarını çəkməkdən qorxan adamlar, əhli-beytin üzərinə şıdırğı ilə gedirlər. Bəzən bir məmura söz deyə bilməyən adam – siz də ondan müsahibə almısınız - əhli-beytin üzərinə gedir. Adını çəkmirəm, buna sual versəniz ki, sən nə vaxtdan ibadət edirsən, Allahı şüurunla necə tanıyırsan, aciz qalacaq. Vasim Məmmədəliyevi, Ziya Bünyadovu təftişedən adamlar Azərbaycan dövləti üçün nə ediblər?
- Deyirsiniz ki, əhli-beytin üzərinə gedirlər. Jurnalist həmişə prosesləri izləyib, mənbələri tutuşdurub, obyektiv qənaətini deməlidir. Əhli-beytə qarşı açıq qərəz varsa bu, qınanmalı və tənqid olunmalıdır. Lakin əhli-beyt
aşiqlərindən elələri var ki, onların İranın təsiri altında olduğu hiss olunur, yəni, əhli-beytin əsas təbliğatçıları İrana sevgisi, İrana mənəvi bağlılığı olanlardır. Bəs bunu hansı kateqoriyaya aid edək?
- Türkiyənin keçmiş diyanət işləri başkanı Mehmet Görmez məni Türkiyəyə dəvət etmişdi. Mənə dərin ehtiramını göstərdi. O mənimlə görüşəndə dedi: “Övladi-rəsul, peyğəmbər övladı gəlib. Türkiyə üçün pak bir nəfəs gəlib.Mən necə ola bilər ki, ona xoş münasibət göstərməyəm. Necə ola bilər ki, onun duasını xalqım, dövlətim üçün istəməyəm”. Mehmet Görmez İranınmı dini rəhbəri idi?!
İranla bağlı mənim daimi mövqelərim olub. Əhli-beyt nə İranın, nə Sudanın, nə də Ərəbistanın istismarında qala bilməz. Kim əhli-beyti istismar edirsə,əhli-beytin birinci düşməni onun özüdür. İranda da əhli-beyti canı ilə, qanı ilə sevənlər var. Amma “məndən olmayan düşmənimdir” deyilirsə, onların özləri əhli-beytin düşmənləridir.
İranda hər hansı dini rəhbərlik və Azərbaycanda onların təəssübkeşlərinə deyirəm ki, mənim üçün ən birinci Azərbaycanın milli maraqlarıdır. Əhli-beyti istismar edib, bu ad altında peyğəmbərimizə və onun ev xalqına həqarət sayılacaq əməllərə yol verirlərsə, Azərbaycanın milli maraqlarını tapdalayırlarsa, onlar düz yolda deyillər.
İranda Azərbaycana İsraillə əlaqələrinə görə ittihamlar səsləndiriləndə Seyid Camaldan başqa kim etiraz etdi?! Kimdir bütün Azərbaycan kanallarında boylanıb söz deyənlər? Gerçək əhli-beyt mənsubu
olan mənim babalarımın qəbirləri ermənilər tərəfindən işğala məruz qalıb. Bu qəbirlər üzərində donuzlar bəslənir. İranın ali dini rəhbərinə müraciət etmişəm. Demişəm ki, əhli-beyt təəssübkeşi olan İran necə olur ki, Ermənistanla hərtərəfli münasibətlər qurur?! Belə bəyanatları Azərbaycan televiziyalarında verən mənəm.
- Atası seyid olmayıb, anası seyid olan biri seyid sayıla bilərmi? Və ya atası seyid, anası seyid olmayan biri seyiddirmi?
- Bəzən deyirlər ki, atası, ya da anası seyid olub-olmamasının fərqi yoxdur. Məsələn, mənim bacım içki içən şəxslə ailə həyatı qurubsa, ondan bu dünyaya gələn övladı seyid saya bilmərəm.
Bioloji baxımdan artıq o qan seyid qanı deyil. O övlad artıq o soydan deyil.
Qarabağ müharibəsində tarix yazan əhli-beyt mənsubları olub. Bizim qapımızda yüzlərlə şəhid cənazələri yuyulub. Axırıncı dəfə bizim qapımızda milli qəhrəman Kamil Nəsibovun cənazəsi yuyulub.
Mənim atam seyid kimi bunu etmirdi – bir mənəviyyat, Allah adamı kimi bunu edirdi. Mən BDU-da oxuyanda şəhid olmağı arzulayırdım. Təbii ki, mənim dərsimdə imam Hüseyn məktəbinin misilsiz xidmətləri var.
Amma mən imam Hüseyn adının Azərbaycanda istismar olunmasından çox narahat olan adamam. Mən imam Hüseynin şəhadətindən doğan fəlsəfəni anlamadan imam Hüseynə ağlayanlara ağlayan seyidəm. Adam orada imam Hüseynə ağlayır, gəlib bu tərəfdə qeybət edir. İranın, Səudiyyə Ərəbistanının təkfirçi qrupları isə çıxıb başqa şeylər deyirlər. Azərbaycanda
soy olaraq mənim qəbul etdiyim 6-7 əhli-beyt mənsubu var. Ancaq bir daha deyirəm ki, soy olaraq. Qapısında yüzlərlə adamın növbəyə durduqları, özünü yalandan seyid adlandıranların ünvanlarını da bilirəm. Bu yaxınlarda belə “seyidlər”lə bağlı Dövlət Təhlükəsizliyi Komitəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə açıq şəkildə müraciət edəcəyəm. Hamının bundan xəbəri olacaq.
Belələri bizim milli-mənəvi irsimizin mühafizəsində xidmətləri olan mübarək isim sahiblərinə, sevgili peyğəmbərimizə, əhli-beyt məktəbinə həqarətdirlər. Onlar insanların dini duyğularını istismar edirlər. Bunların milli kimliyi də şübhə doğrurur – onlara dələduz deyirəm. Bu dələduzların vaxtında zərərsizləşdirilməsi üçün hüquq-mühafizə orqanlarının dərhal hərəkətə keçməsini istəyirəm.ma
- Əhli-beyt adını istismar etdiklərini deyirsiniz, bu, mənəvi məsələdir. Bəs siz özünə seyid deyənlərin başqa hansı əməllərinə şahidsiniz ki, onların bu qədər təhlükəli olduğu qənaətindəsiniz?
- Azərbaycan xalqı inanclıdır. Məmurlar belə inanclıdırlar. Mən 1- 2 məmurun qapısını döymək üçün ortaq dostumuza müraciət edərəm ki, məni qəbul etsinlər. Amma mən o məmurun yanına nəzir almağa getmərəm. Milli, dövlət mənafelərimiz, əhəmiyyətli nəyinsə ünvanına çatdırılması üçün qəbulunda olaram.
İndi sizə bir faktı deyim. Məmur dostlarımızdan biri mənə zəng edib “filankəs gəlmişdi və dedi ki, QarabağSeyid Ocaqlarının nümayəndəsidir. Dedi ki, Seyid Camalın əmisi oğluyam” deyir. Bakı şəhərində mənim onlarla dırnaqarası əmim uşaqları peyda olub. Onlar polis rəislərinin, icra başçılarının qapılarını döyürlər.
- Sizin adınızdan istifadə edənlərlə şəxsi tanışlığınız var?
- Heç bir halda onlarla şəxsi tanışlığım yoxdur. Bu “seyidlər”in bir neçəsinin dələduzluq etdikləri üçün yerli polis idarələri tərəfindən həbsinə nail olmuşam. Ancaq qarşısını ala bilmirik.
Mənim həyatda cəmi 1 əmim oğlu var.
Bu əmim oğlu isə Ağcabədidə yaşayır, maddi sıxıntılarıma görə mənə yardımlar edir. Mənim anam seyid Səbinə Qarabağın çox məşhur seyidlərinin nəslindəndir.
10 il bundan öncə bir nazir müavininə bir qadın yaxınlaşır və “mən seyid Camalın anasıyam” deyir. Bu nazir müavini ilə bu gün də heç bir şəxsi tanışlığım yoxdur.
O qadın deyib ki, guya mənim bacım ağır xəstədir, onun müalicəsi üçün pula ehtiyacı var. Həmin nazir müavini o “anama” bütün köməklikləri edir. Nazir müavini həmin qadına deyib: “Seyid Camala deyin ki, sabah saat 10-da nazirliyə gəlsin”. 3-5 gün keçəndən sonra təbii ki, bundan xəbərim olmadığı üçün nazirliyə getmirəm. Çox hörmətli bir dövlət adamı isə bundan sonra mənə zəng etdi. “Seyidim, müəllim, sizi gözləyir, niyə yanına getməmisiniz” dedi. Mən isə təəccübləndim. “Mənim onunla tanışlığım yoxdur axı” deyə bildirdim. “Bəs sizinin ananız müəllimin yanına gedib və deyib ki, bacınızın İsraildəmüalicəsi üçün 20 min dollar lazımdır. O da bu pulu verib” dedi.
Əlim üzümdə qaldı. Dedim: “Əziz dost, siz məni tanıyırsınız, bilmirsiniz ki, anam hansısa qapıya gedən deyil?!” Dedim mənim anam 1991-ci ilin oktyabr ayının 31-də haqq dünyasına qovuşub.
İndi mən nə edim ki, 1991-ci ildə vəfat edən anamın adından bu gün Bakıda istifadə edirlər, “mən seyid Camalın anasıyam” deyirlər. Biz niyə bu cür fırıldaqçılara, dələduzlara istinad edib seyidliyi tənqid edirik axı?! Biz niyə seyid Camalın nümunəsini misal çəkmirik?! Niyə seyid Mübarizin timsalında nümunə göstərmirik?!
Mən hər gecə yatanda 2 rükət göz yaşlarımla “Ey qüdrət sahibi Allahım, dövlətimin, bayrağımın, şəhidimin düşmənlərinə bir an fürsət vermə. Hətta ibadət etməyən, amma vətəni vədövləti barədə düşünən beyinləri iflic etmə” deyirəm. Mənim kimi seyidlər qalıb bir kənarda, o birisi tərəfdə isə yüzlərlə dələduzlar peyda olub və insanları öz “həqiqətlərinə” inandırmağa çalışırlar. Onlar Azərbaycanın milli, dövlət maraqlarını satan işbazlardır. Belələri ideoloji baxımdan zərərsizləşdirilməlidir.Amma bir məsələyə diqqət çəkək.
- Seyid öz nəslini davam etdirməsi üçün mütləq seyidləmi nikaha girməlidir?
- Mənim ailə həyatı qurduğum şəxs “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədridir. Azərbaycanda mənəviyyatın qorunması üçün aksiyalar keçirən bunlardır. “Hər ay bir gün” aksiyası ilə şəhid məzarlarını təmizləyənlər bunlardır. Mənim həyat yoldaşım seyid deyil.
Amma mənəviyyatı, dövlət bağlılığı, hüquqşünaslığı, ictimai fəallığı ilə özlərini seyid elan edən, amma seyidlik adına ləkə gətirən minlərlə insanlardan daha çox peyğəmbərə və əhli-beytə bağlı olduğunu deməyə haqqı var. Bunu öz əməlləri ilə sübut edir.
- Təqdir ediləsi işlər görürlər.
Amma bir məsələyə diqqət çəkək. Bayaq dediniz ki, misal üçün bir seyid xanım seyid olmayanla ailə həyata qurursa, artıq onlardan olan övlad seyid sayılmayacaq. Bəs kişiyə gələndə niyə məsələ fərqli olur? Sizin övladlar da seyid sayılırmı?
- Əlbəttə ki, mənim övladlarım da seyiddir. Bir məsələ var. Azərbaycan xalqı sektaçı deyil. Bizim xalq mərhəmət, şəfqət hissləri ilə silahlanmış bir gücdür. Görürsünüz, nə qədər yad düşüncələr gəlir, amma Azərbaycana oturuşa bilmir. Təbii ki, bu məsələdə dövlət qurumlarının da müstəsna xidmətləri var. Burada bir məsələ var. İdeoloji baxımdan əhli-beytin irsinin Azərbaycanda dövlət tərəfindən himayə olunması birlik və bərabərliyimizin təminatı deməkdir.
Çünki əsrlərdir həzrəti Hüseyninə ağlayan Azərbaycan xalqı sevgili peyğəmbərimizin sevimli nəvəsinə birgə yas saxlayıblar. Onlar soruşmayıblar ki, sən hansı camaatdansan.
Lakin son illərdə Azərbaycana “sən hansı camaatdansan” düşüncəsi gətirildi. Məkrli qüvvələr xoşgörü, tolerantlıqdan sui-istifadəyə cəhd edirdilər. Dövlət belə şəxslər haqqında tədbirlər gördü, lakin onların kökləri yenə də qalıb.
İlahi nəfəs sahiblərinin varlığı Qarabağ meydanında da bizim xeyrimizə olacaq. Bu gün mənim övladımın Oksfordda elmi işi Dağlıq Qarabağla bağlıdır.
Mən isə övladımın maliyyə işini həll edə bilmirəm. Pul köçürməsini həll edə
bilməmişəm. Hər gün 2 rükət namaz qılıb Allahdan yardım diləyirəm.
Ancaq mənim oğluma lazım olan 20 min 480 funtu bir gündə qazanan “seyidlər” var. Buna görə də, mənə baxıb bəzən “sən necə seyidsən?” deyə sual edirlər.
Mənimlə oturub çörək kəsən, amma həmin “seyidlər”ə xüms verən hacılar, kərbalayılar, məşədilər var. Adam mənimlə çörək kəsir, çay içir, sonra isə həyat yoldaşı xanımıma zəng edib deyir: “Yoldaşım Bakıxanovda olan seyidə evinin qabağını tikmək üçün 40 min manat pul verdi”. Biz yazıq xalqıq, biz hara gedirik?!
- Düzü, dediklərinizlə razılaşmamaq olmaz. Amma sualımız bununla bağlı deyildi. Niyə kişi seyid seyid olmayan bir xanımla evlənsə,
övladları seyid sayılır, amma əksi olanda yox?
- Mən seyid Bəhram ağanın və seyid Səbiqənin övladıyam. Bizim soyumuzda seyid olmayan yoxdur, yeganə mənəm ki, qohum olmayan xanımla nikaha girmişəm. Əgər bu xanım dini dəyərləri qorusaydı belə və mən əhli-beyt adına natəmiz əməllərin daşıyıcısı olsaydım, mənim seyid adlandırılmağım düzgün olmazdı.
Tutaq ki, mənim bacım gedir, seyidlik müəssisəsinə aid olmayan, qanı, canı spirtli içki olan bir adamla evlənir - onun əri dini dəyərləri qorumur, ibadət etmir. Onların izdivacından dünyaya gələn övlad seyid olmayacaq. Açıq danışaq, ondan doğulan ya şərabxor olacaq, ya da qumarbaz olacaq.
Mən bu baxımdan deyirəm ki, onlarla insan var ki, nə kərbəlayı, nə məşədi, nə də hacıdır. Amma mənim üçün əsl seyid onlardır – onlar əməlləri, əxlaqları, davranışları ilə əsl seyiddirlər. Allah qatında ən üstün ilahi təqvadır.
Təqvası yoxdursa, əgər “seyiddirsə” o mənim üçün meyitdir. O insanlar yaşayarkən də, dəfn olunarkən də kəfənsiz ölüdürlər. Bəzi xəbər saytlarımız elə bilir ki, əhli-beyti vurmaqla, zərərsizləşdirməklə guya İrana qarşı gedirlər.
Onlar anlamır ki, əhli-beyt Azərbaycan xalqının milli bir parçasıdır.
Həqiqi, gerçək əhli-beytin ruhuna dəyməyək, mübarək ruh sahiblərini incitməyək.
Bu gün görün seyidlik institutunu nə günə qoyublar. Mənim öz atamın,
əmimin şəklini 28 Mayın qarşısında mənə satırlar. Deyirəm ki, bunlar kimdir? “Tanımırsan, danışma, ağzın əyilər” deyirlər.
Atamın adı ilə məni təhdid edirlər. Mən bunun yığışdırılması üçün dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişəm.
Atamın dəfni üzərində 40 min dollar pul yığıldı ki, sərbadə tikilsin. Mən isə bu pulu alıb fəqir-füqəraya xərclədim. Mənim atam könüllərdə olmayandan sonra onun məzarının üzərində villa tikilsin – bununla nə dəyişəcək?!
- Seyidlərin əqidə və bioloji üstünlükləri nədədir?
- Vücudu və ruhu o mübarək soya dayanan seyidlər azad olarlar, ağızları daim dualı olarlar. Onlar göz yaşları
içərisində gecə namazlarına durarlar. “Ya Rəbbim, o cahildir, bilmir, onu atasız, anasız qoyma, mənim göz yaşlarıma xatir onu bağışla” deyərlər.
Onlar səhər tezdən onu incidən şəxsin qapısını belə döyərlər və deyərlər: “Bilirəm, sən də gecəni yatmamısan”. Və onlar da qayıdıb deyərlər: “Seyid, and olsun ki, cəsarətim yox idi qapına gələm. Xanımım səhərdən deyir ki, get seyiddən üzrə istə”. Seyid də onu qucaqlayar və bildirər: “Biz qardaşıq”.
Bu qardaşlıq həmin adamın əxlaqına sirayət edər. Günün birində isə o şəxs Qarabağda şəhid olar.
Yəni, ən birinci seyidlər təqvası ilə tanınar. Elinə, obasına, cəmiyyətinə, xalqına əməli ilə yanaşı ilahi mesajlar da verər.
Yoxsa hansısa seyidə desən ki, qonşuda şəhid ailəsi var və o da “nəzaman şəhid olub, mənim xəbərim yoxdur” deyərsə, o artıq seyid deyil. O artıq Allahın lənətini haqq etmiş bir cinayətkardır.
Mən dəstəmazsız olanda çox narahat oluram. Elə bilirəm ki, sevgili peyğəmbərimiz, əhli-beyt məndən küsər. Dəstəmazlı olanda məni idarə edən mərhəmət mələklərinin məni daha çox himayə etdiklərinin fərqində oluram. Əslində belə şeyləri danışmazlar, amma siz sual verdiniz deyə, cavablayıram.
Mən həm də bunu ona görə deyirəm ki, həqiqi əhli-beytə dayanmayıb onu istismar edənlərə sərt sillə olsun. Mən bir gün bir şəhid doğmasının başına sığal çəkməyəndə elə bilirəm ki, mənim oğlum yaşında şəhid olanların qarşısında Allahın lənətini haqq etmiş
Müaviyənin qoşunundanam. Bu mənim bioloji-ruhi tələbatımdan qaynaqlanır.
Mən hər gün içimdəki “mən”i öldürmədikcə, “mən bu gün seyid deyiləm” düşüncəsi qəlbimə hakim olur. Mən o zaman anlayıram ki, seyidliyin üzərindəki yükün ağırlığı nə qədərdir.
- El arasında çox eşidirik – bu maşına seyid əli dəyib, qəzaya düşməz. Və ya bu kimi şeylər.
Bioloji üstünlük deyərkən bu tip şeyləri nəzərdə tuturuq.
- Sovetlər dönəmindən bu günə qədər Azərbaycanda övliyalar olub. Onlar öz kəramətləri ilə insanların and yerlərinə çevrilə biliblər. Əslində bu tip şeyləri deməzlər, amma siz israrla soruşduğunuza görə, danışım.
Yadımdadır ki, bir maşın qəzaya uğrayanda, bu hadisə zamanı həlak olan olanda atamı aparardılar. Kimsə-kiməsə qəsd məqsədilə qəza törədibsə, atam ora getməzdi.
Atam barışıq istəyirdi, sülhə çağırırdı.
Bir il bundan öncə Məni Moskvaya apardılar. Onun doğmasına qarşı bir bıçaqlanma hadisəsi olmuşdu. Mən o adamın yanına getdim. Biz ora gedəndə həmin qardaş verdiyi vədi yerinə yetirmədi. “Seyid fikrim dəyişdi” dedi. Qarşı tərəfdən də adamları aparmışdıq ki, onlardan üzr istəsin, amma bu sözdən sonra pis oldum.
Mən dedim ki, qoy, onlar da gəlib sizinlə çay içsin, bu insan isə razı olmadı. “Sən qal, nə edirsən et, amma mən onlarla bir masada otura bilmərəm” dedi.
Mən çox pis oldum, dostlarıma dedim ki, məni Bakıya yola salsınlar. Gecə yatdım, səhər tezdən həmin adam mənə zəng etdi. Elə oldu ki, həmin adam dalımca Bakıya gəldi. Bakıda onu qarşılamağa onlarla adamın olmasına baxmayaraq, onu mən qarşıladım. Dedi: “Mənə bu gecə yuxuda dedilər ki, get Seyid Camaldan üzr istə”.
Mən bir otaqlı “Xruşovka” evdə yaşayıram. Bu evi tələbə olarkən almışam. Amma öz evimdir. 20 ildən artıqdır ki, Azərbaycan üçün çalışıram.
Mən bu evdə çox mutluyam. Mən bu evdən oğlumu Oksforda göndərmişəm. Mən burada əhli-beytə xidmətin yollarını topluma isbatlaya bilmişəm. Bunlar hamısı qəlbə bağlıdır – seyidlik budur. Mən bunları təkəbbür üçün demirəm. Bunu babalarımın, atamın, anamın adını istismar edənlərə istismar olsun deyə söyləyirəm.
Seyid olmadan da, kiməsə bir haqsızlıq edilirsə, ilahidən bunun qarşılıqlı bədəli olur. Sadəcə seyidlərin, övliyaların kəramətləri barmaqla sayılı olsa da var ki, Allah da bununla ilahi mesajlar verir. Bunlar da mənəvi kriteriyalara dayanır.
- Bəzi seyidlər deyirlər ki, ilan onların ocaqlarına gəlir. Niyə məhz ilan?
- Əgər seyid qapısını zoopark edibsə, onun özü artıq biabır olub. Günün birində o ilan həmin dırnaqarası seyidi vuracaq. Günün birində o ilanlar seyidliyi istismar edən bu cür adamları sancacaq. Bu cür işbazlar ifşa olunmasa, şəhid seyidlər kölgədə qalacaq. Seyid zoopark açmaqla, heyvanat aləmində zərərli həşəratların təbliği ilə deyil, öz əməli ilə cəmiyyətə, dövlətə xidmət etməli, nümunə olmalıdır.
Mən işbazları ucuz bazarda qiyməti çox aşağı olan, lakin özünü bal qiymətinə satdırmaq istəyən cahillər adlandırıram. Əgər onlar həqiqətən seyiddirlərsə belə, seyidlik müəssisəsinə ləkə atırlar, amma bunun fərqində deyillər. Məhəmməd peyğəmbər, imam Əli, imam Hüseyn həyatda olsaydı, o şəxslərin başlarınınvurulması haqqında hökm verərdilər. Çünki onların hərəkətləri bidətçilik, təkfirçilikdir.
- Əsl seyidlərə nəzir verilərsə, bunu qəbul etməlidir?
- Əsl əhli-beyt mənsubuna nəzir verilirsə, bunun rədd edilməsi məqbul deyil. Çünki sevgili peyğəmbərimiz “mənim ev xalqıma hörmət göstərin və onu himayə edin” deyib.
- Şəxsən sizə nəzir verilib?
- Bəli, mənə nəzir verilib. Amma nəzir biznesinə mən baxmıram, başqa “seyidlər” baxır. Hətta onların bəziləri mənə pul vermək istəyirlər ki, müsahibələrdə onların adını çəkməyim. Xatırlayıram ki, rəhmətlik atam, əmim onlara verilən nəzirləri fəqir-füqəraya, kimsəsizlərə xərcləyiblər. Bu yaxınlarda bir dostum mənə 200 manat nəzir verdi. Allah şahiddir ki, həmin vaxt o 200 manata ehtiyacım var idi, çünki övladım xaricə gedirdi.
Amma mən borc alıb övladımı yola saldım, o 200 manatı isə cəbhə bölgəsindəki əsgərlərə xərclədim. Elə seyid var ki, özünə xərcləyir. Amma arzum budur ki, əhli-beyt mənsubları o nəzir pulunu ünvanına çatdırsınlar.