Əhali, xeyriyyəçilər və deputat birliyi, bir də təsis yığıncağına hazırlaşdıqları xeyriyyə fondu barədə

Sualı cavablandırmazdan öncə xatırladım ki, kiçik kənd olmasından asılı olmayaraq bu ərazi 4 deputat və ictimai xadim yetişdirib.
Hazırda isə kənddə ərazinin abadlaşdırılması, sosial problemin həlli üçün nümunə olacaq bir birlik, kollektivçilik nümayiş etdirilir.
Son nümunəni təqdim edək.
Kənd sakini, yazıçı-jurnalist Əlizaman Baxışın cenub.az-a bildirdiyinə görə, yaxın vaxtlarda ərazidə gözəl Mərasim Evi tikən, kənd qəbristanlığında əsaslı abadlıq işləri aparan, abidələrin təmirini edən, yolda dayanacaqlar tikən kənd sakinləri hazırda kəndiçi yolların təmirinə start veriblər. Bu günlərdə kəndin Cəfərli və Əhmədli məhəllələri, eləcə də kəndin əsas yolu ilə Aşağı Məhəllə arasındakı yol əsaslı şəkildə abadlaşdırılıb. Həmin yola kənd sakinlərinin yaxından köməyi ilə 15 maşın çınqıl tökülüb. Ümimilikdə kənd xeyriyyəçilərinin köməyi ilə ərazidə yolları 60 maşından çox qum tökülüb

Yolun qrederlə hamarlanmasını və bura 10 maşın daşlı qum tökülməsini isə 70 saylı dairədən millət vəkili seçilmiş Məşhur Məmmədov reallaşdırıb. (Qeyd: Bundan əvvəl isə Məşhur Məmmədov həmin kəndin yaxınlığındakı Xırmandalı kəndində də 3 kilometr yolun abadlaşdırılmasına 3 min manatlıq yardım edib). Yeri gəlmişkən onu da xatırladım ki, bu Məşhur müəllimin Hacıtəpəyə ilk yardımı deyil. Bir neçə ay öncə bu kənddə su bəndi dağılanda 3 km məsafədə kanalın təmizlənməsi üçün müvafi təşkilatlarla birgə kifayət qədər vəsait ayırmışdı.
Hazırda isə Hacıtəpənin digər kəndiçi yollarının abadlaşdırılmasına hazırlıq görülür.
Şəkildə gördüyünüz kəndin giriş lövhəsi də xeyriyyəçilərin xidmətidir.
Yolların abadlaşdırılmasında atası bu kənddən olan Millət Vəkili Razı Nurallayev də köməyini əsirgəmir. Onun yaxından dəstəyi ilə Bəhrəmtəpədən bu məqsədlə 7 maşın çınqıl gətiriləcək.
Bütün bu işlərin davamlı və daha geniş miqyaslı olması üçün nəinki kəndəki, Bakıda və xaricdə yaşayan hacıtəpəlilər bir araya gəlib, onlar kənddə Xeyriyyə Fondu yaratmaq ərəfəsindədilər. Bu kəndin xeyriyyəçiləri Fondun Nizamnamə Fonduna 10 min manat ödəməyi, digər təşkilatı işləri də öz üzərlərinə götürüb. Sadəcə pandemiyanın bitməsini gözləyirlər ki, 150-200 nəfərdən ibarət təsis iclası keçirib Fondu rəsmiləşdirsinlər. Bütün kənd bu işə yekdilliklə qoşulmaq arzusundadır.

Hazırladı: Zahir Əmənov. Cenub.az