Xəbər verdiyimiz kimi Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür. Bildirilir ki, bununla bağlı iki ay öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sənədi qanunsuz olub. Buna görə də bir ay öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin iş fəaliyyəti dayandırılıb. Bununla yanaşı, magistral yoldan həmin obyektlərə gedən yol da bağlanıb.
Məsələylə bağlı Moderator.az-ın redaksiyasına ilginc məlumat daxil olub. Salyandakı mənbələrin redaksiyamıza verdiyi məlumata görə Salyan rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Teyyub Hüseynov vaxtilə həmin obyektlərin tikintisinə rəy verib. Bəs necə olur ki, indi o obyektlər sökülür?
Mənbəmiz iddia edir ki, həmin ərazilər Salyanın sabiq icra başçısı, general-leytenant Əliağa Hüseynova məxsus olub. Bu əraziləri o dolayı yolla satıb. Bəs indi sahibkarlara dəymiş ziyanı kim ödəyəcək, maraqlıdır. Bir sözlə, tikililərin sökülməsinə görə sahibkarlara cavab verəcək tək qurum rayonun icra hakimiyyətidir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra məlum olub ki, “Hacıoğlu” restoranı bələdiyyənin balansında olan torpaq sahəsində tikilib, “Ulduz” kafesinin yerləşdiyi torpaq sahəsi isə əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib. “Cız-bız” restoranının yerləşdiyi ərazi Xələc kənd bələdiyyəsinin balansında olub. 2006-cı ildə isə kənd sakini Yudif Nəzirova satılıb və onun şəxsi mülkiyyətinə keçib.