- Masallıda qətl törədilib.
Lent.az xəbər verir ki, Qızılağac kənd sakini Hüseynov Vüsal Rüfət oğlu bibisi oğlu Allahverdiyev Afiq Rafiq oğlunu kəndin yaxınlığındakı çöllük sahədə vəhşicəsinə döyüb. Başından çoxsaylı xəsarətlər alan A.Allahverdiyev xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Hadisəni törədən V.Hüseynov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.