Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlınski- mətbuatımızın flaqmanları, (“ağır artilleriyası” da demək olar) Masallıda


Bu günlərdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, eləcə də Ayna.az saytının, Zerkalo qəzetinin Baş redaktoru Elçin Şıxlınski, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, pressklub.az saytının Baş redaktoru Arif Əliyev, professor, mətbuat üzrə ekspert, Press klub TV-nin Baş redaktoru Qulu Məhərrəmli Masallıda, cənub xəbərTV-nin qonağı olublar. Bütün çətinliklərə, təzyiqlərə baxmayaraq daim öz simalarını qorumağa çalışan bu insanlar ilk dəfə deyil ki, Masallıya gəlirlər. Onlar həm şad günlərimizdə - Masallıda “Kitab Evi”nin açılışında, rəhbərlik etdiyimiz “Cənub xəbərləri” qəzetinin “İlin qəzeti” elan olunanda, eləcə də biz qərəzli məhkəmə çəkişmələrinə məruz qalanda həmişə yanımızda olublar. Müxtəlif vaxtlarda qəzetimizə verdiyi geniş müsahibələr (Qulu Məhərrəmli –“Ləyaqət böyük sərvətdir” (7.VII. 2007), Arif Əliyevin “Azərbaycan mətbuatının tilovu yoxdur” (19. VII. 2011), Elçin Şıxlınskinin “Düşünməyə meyilli olanları tərpətməyə çalışırıq” (6 IX. 2017) yerli oxucular arasında böyük marağa səbəb oldu.

Mətbuat kapitanlarının bu dəfə Masallıya məxsusi səfəri ölkənin azsaylı ictimai-siyasi kanallarından sayılan cənub xəbərtv-nin fəaliyyəti ilə yaxından tanışlıq, ona mənəvi dəstək olmaq, eləcə də region mətbuatının qayğılarından danışıb sizi bilmədiyiniz bir çox məsələlərlə ilgiləndirməkdir.

Qonaqlara bu diqqətinə görə təşəkkür edir, izləyiciləri isə çox maraqlı söhbətin baş tutduğu bu verilişi sona qədər izləməyə dəvət edirik.

Amma bütün hallarda kanalımıza abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın.

Verilişin link burada:


Zahir Əmənov.cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10