Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranın vitse-prezidenti həbs olundu


İranın vitse-prezidenti İsa Kələntəri İran İslam İnqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə, həmçinin Kələntərini iki il müddətinə siyasətdən kənarlaşdırmaq qərarına gəlib. Bundan başqa, vitse-prezident həqiqəti əks etdirməyən və ictimaiyyəti çaşdıran bəyanatlarına görə 4 milyon tümən (təxminən 164 dollar) məbləğində cərimə ödəməli olacaq.   Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. “Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?” sualına vitse-prezident belə cavab vermişdi: “Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10