Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zəngəzurda yeni Rusiya hərbi obyektinin görüntüləri yayıldı


Ermənistanın cənub-şərqində, Sünik vilayətinin (Zəngəzur) Sisyan şəhərinin ətrafında yeni Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb. Virtualaz.org xəbər verir ki, həmin fotoları avia.pro adlı  Rusiya saytı yayıb. Fotolara əsasən obyektdə Rusiya Hava Kosmik Qüvvələrinin vertolyotları yerləşdirilib, Rusiya və Ermənistan bayraqları asılıb. Sayta məlumat verən mənbələr orada bir neçə yüzə qədər Rusiya hərbçisinin də yerləşdirildiyini deyiblər.
 
 

Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan danışmışdı. O bildirmişdi ki, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini ölkənin cənubunda, Sünik vilayətində yerləşdirmək barədə müzakirələr gedir.
Hələlik yayılmış fotolara dair Ermənistan tərəfinin rəsmi açıqlamaları yoxdur.
virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10